Arı gülə, bal diləsarışmışdı o axşam,Küsənlər, küsdürənlərbarışmışdı o axşam.Yerlə göy bir-birinəqarışmışdı o axşam,Heç bilmədim yerimizsaray idi, dam idi,Keçdi-getdi ömürdən,o da bir axşam idi.

Bir gözəl sevdasınagəldi bir bəndə düşdü,Ruhum bəndə düşəndə,eşqim kəməndə düşdü.Yayıldı bu səs-soraq,şəhərə, kəndə düşdü,Göz bir atəş qaynağı,can əriyən şam idi,Keçdi-getdi ömürdən,o da bir axşam idi.

Sevgidə mənim kimibir qəlbi ac var idi,Başımda gənclik adlıqızıldan tac var idi.Yaşıl cənnətim olan,yaşıl ağac var idi,Yerlər, göylər şairinilhamına ram idi,Keçdi-getdi ömürdən,o da bir axşam idi.

Aşılmaz zirvələr var,sədləri yarmaq olmur,Zaman sirli-soraqlı,sonuna varmaq olmur.Heyif ötən günlərə,geri qaytarmaq olmur,İşıq, mərhəmət idi,hörmət, ehtiram idi,Keçdi-getdi ömürdən,o da bir axşam idi.

Göyərçin qanadıydı,incə, zərif biləklər,Bir gözəl nəfəsindəməst olmuşdu çiçəklər.Butamı göy üzündəngöndərmişdi mələklər,Bu dünya başdan-başasevgi dolu cam idi,Keçdi-getdi ömürdən,o da bir axşam idi.

2010, 10 avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri