Qış da bahar kimi yatar meylinə,Odunun, ocağın, istin olanda.Yayın günəşi də görünməz gözə,Başında dumanın, tüstün olanda.

Mənasız nə fayda, yaşamaq olar,Birtəhər, bir qayda yaşamaq olar.Dörd fəsli bir ayda yaşamaq olar,İmkan arzulardan üstün olanda.

1976, 13 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri