Ömrü gödək sevgi
Təzə vaxtı yumşaldılar ipək kimi,Təzə vaxtı yaşadılar mələk kimi,Təzə vaxtı açıldılar çiçək kimi,Təzə günlər bala döndü, pətək oldu,Bu sevginin ömrü yaman gödək oldu!
Bir-birini darta-darta, çəkə-çəkə,Diddi-tökdü iki davar, iki təkə.Ev içində gündə qopdu bir mərəkə,Zurna oldu, qaval oldu, tütək oldu,Bu sevginin ömrü yaman gödək oldu!
Hər cehizə gündə biri yiyə çıxdı,Hər niyənin içindən bir niyə çıxdı.Sevinc yağlı əppək oldu, göyə çıxdı,Acı sözlər bir-birinə yedək oldu,Bu sevginin ömrü yaman gödək oldu!
Duyğuları buz bağladı, qışa döndü,Nisgilləri gözdən axan yaşa döndü.Ürəkləri bir duyğusuz daşa döndü,Təhqir oldu, ağac oldu, kötək oldu,Bu sevginin ömrü yaman gödək oldu!
Acı sözdən acı-acı yellər əsdi,Dedi-qodu qayçı kimi ömrü kəsdi.Zaman axdı, vədə keçdi, vaxt tələsdi,Qaya uçdu, zirvə döndü ətək oldu,Bu sevginin ömrü yaman gödək oldu!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-omru-godek-sevgi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
زمین در سایهٔ سنبل نهان شد
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Belə bir əsrdə kim elmi-maarif günəşiBelə bir əsrdə kim elmİ-maarif günəşiÇacib öz nurunu hər bir təbəqat üstündə.
XoflanmaSözün ziyanı yox, sazın ondan çox,Sənətkar görəndə xoflanma bir də.