Ayağım dəyməmiş qoca dağlarınNə yamacı qaldı, nə yalı qaldı.İncə çiçəklərin, zərif güllərinBaşımda sevdası, xəyalı qaldı.

Bəslədim bağçanı, becərdim bağı,Dərdim qucağına döşənən tağı.Nə qədər duydumsa ana torpağı,Qarşımda min sirli sualı qaldı.

Düşəndə yanına şimşəyin qolu,Gün doğdu, açıldı yaylağın yolu.Min dəfə çəməni döysə də dolu,Yenə də ismətli, həyalı qaldı.

1975, 17 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar