Ömrün yollarında yanan çıraqdı,İnsanın eşqi var göz işığında.Günəşin gücünü, Ayın nurunuHər ürək yaşadar öz işığında.

İşıqlı arzular ürəyə yatar,Süzülər sinədən söz qatar-qatar.Gözəllər könüldə gur ocaq çatar,Sevənlər qaynaşar köz işığında.

Alışar nəfəsi, qaynar ilhamı,Qalmaz gözlərimdə istəyi, kamı.Odlu sətirləri yandırar şamı,Şair həyat tapar söz işığında.

1974, 26 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq