Ağac üçün quşlarınÇəkisi bir tük olmaz.Yuva qurar budaqda,Quş ağaca yük olmaz.

Quşların vətənidir,Çalın-çarpaz budaqlar.Çadırı, sarayıdı,Yaşıl-yaşıl yarpaqlar.

Hər quş öz yuvasını,Dimdiyiylə toxuyur.Qulaq versən, bilərsən,Məhəbbətdən oxuyur.

2004, 7 fevralAlmaniya, Bilefila

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri