Şair nə vaxt xoşbəxt olur?Sözü gültək dərən günü.Duyğuları ürəklərdə,Çiçək kimi sərən günü.

Şair nə vaxt xoşbəxt olur?Haqqa könül verən günü.Sinəsini tufanlara,Qaya kimi gərən günü.

Şair nə vaxt xoşbəxt olur?Yaradanı görən günü.Onun könül dünyasına,Tanrı söz göndərən günü.

Şair nə vaxt bədbəxt olur?Fikrin pərən-pərən günü.Dəftər, qələm əldən düşüb,İlham üz döndərən günü.

2002, 11 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq