Gözüm açdım mayıl oldum humaya,Dəryası nur, cəzrəsi nur, dağı nur.Qırx iki şam yanır onun içində,Piltəsi nur, çırağı nur, yağı nur.

Bilmək olmaz nədi onun bənası,Haqq yanında qəbul olur duası.Qönçeyi məhbubu tər şamaması,Bağçası nur, bağbanı nur, bağı nur.

Talib olan ol Xudaynan birdil ər,Məmmədhüseyn o Xudadan bir dilər.On iki imam şərafətdə birdilər,Əbrahı nur, uruhu nur, sağı nur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq