Səadətim
Eşqim torpaq, andım Vətən,Vurulmuşam hüsnünə mən.Bir gülünü bir göy çəmənSanmaq – mənim səadətim.
Çağlayaram bulaq kimi,Sevinərəm uşaq kimi.Bar altında budaq kimiSınmaq – mənim səadətim.
Bir ürəkdə gülsə bahar,Orda elin nəfəsi var.Qışın töksə üstümə qar,Donmaq – mənim səadətim.
Gül olaram torpağına,Göz olaram ocağına.Nəğmə olub dodağınaQonmaq – mənim səadətim.
Alov saçıb aya, ilə,Əriyərəm gilə-gilə.Azərbaycan, sevgin iləYanmaq – mənim səadətim.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-seadetim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Allahım, nəğməylə, cəhcəhlə doldurArı pətəyini, quş yuvasını.
Hamı bu şəhərə dipdiri gəlirŞəhər dünyasıdı...gündə meydana
Bu sirri bir sən bilSən Allah, qırağa çıxmasın bu söz,Bu sirri bir sən bil, bir də mən bilim.
Görək kim çıxacaq yaza bu qışdanGözüm su içmədi gəlhagəlindən,Çəkdim dönə-dönə cəza bu qışdan.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Təcnis: Kəlbin olub yaslanmışam dərdə yarKəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,
İlin fəsilləri dörddürQar gedər, yer açılar,Göydən yağış saçılar,
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.