Səni mənə Allah özü göndərib,Qələmim gəl, dəftərim gəl, sazım, gəl.Saz çiçəyim, söz baharım, səs yazım,Çiçəyim gəl, baharım gəl, yazım, gəl.

Haqq sevgisi özgə səmtə yozulmaz,Tanrı yazan boş-boşuna yazılmaz.Yağış yağsa, külək döysə pozulmaz,Yazdığımı yaddaşlara yazım, gəl.

Ocaq-ocaq sözüm çatsın göylərə,Ünüm düşsün kamanlara, neylərə.Qadir Allah, qaldır məni göylərə,Gör nə deyir alnımdakı yazım, gəl.

2006, 4 may

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq