Dağlara baxanda qanadlanıram,Həyat gözlərimdə gülür yaz kimi.Koroğlu zirvələr öpür alnımı,Səfərdən qayıdan xan Eyvaz kimi.

Bu məğrur qayalar, bu uca dağlar,Ana təbiətin verdiyi paydı.Zirvələr özünü yetim sayardı,İnsan o yerlərə ucalmasaydı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri