Uzaqlaşarsan
Heyranam gəzdiyin düzə, çəmənə,Adın çiçək adı, özün gül kimi.Yaxınsan, əzizsən, doğmasan mənə,Sinəmdə döyünən bu könül kimi.
Yalqızam söyləyib, yaralı gəzmə,Yazda da, qışda da qəlbimdə varsan.Könül çəmənimdən aralı gəzmə,Adından, özündən uzaqlaşarsan!
1976, 10 yanvar
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-uzaqlasarsan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Keçən xatirələr
Keçən xatirələr yanar od kimi,Könlümü yandırar, yanıram hər gün.
Günəşdən qorxmaDeyirsən qorxuram rəngim qaralar,Həyat mənbəyidir, günəşdən qorxma!
Sənəm gəlEy nazənin, ərin salam söylədi,Hayıfsan bisahib qalma, Sənəm, gəl.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,