Nə eldən doyan var, nə gözdən qoyan,İnsanlar yaşamaq həvəsindədi.Dolana-dolana bağın başına,Bağbanlar yaşamaq həvəsindədi.

Təbiət istəyir al-əlvan geyə,Könül vurğun ola nəğməyə, neyə.Ovçu nişan alır öldürüm deyə,Ceyranlar yaşamaq həvəsindədir.

Günəşli səhəri, aylı axşamı,Zəlimxan, doymadan seyr edir hamı.Ey fələk, söndürmə odlanan şamı,Yananlar yaşamaq həvəsindədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri