Yaşayır
Ulu göylər sahmanında sehrli,Nur günəşdə, zülmət çəndə yaşayır.Yaman düşüb əlçatmazlıq eşqinə,Ay uzaqda, ulduz gendə yaşayır.Ana torpaq ana kimi mehrli,Dən sünbüldə, sünbül dəndə yaşayır.Sığınıbdı bir-birinin qoynuna,Min bir çiçək bir çəməndə yaşayır.Bir ümmanda yüz ölkənin çayı var,Bir can kimi bir bədəndə yaşayır.İnsan özü bir dünyadır həyatda,Qoca dünya məndə, səndə yaşayır.Bir təsəlli bəsimizdir, bəsimiz,Biz getsək də, sorağımız, səsimiz,Bu torpaqda, bu Vətəndə yaşayır!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yasayir-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəzirəm, gəzdikcə ürək deyir yaz,Düşün, təsvir eylə gördüklərini.
Axşam-axşamVurğunu olduğum, a nazlı ceyran,Küsdürsən könlümü al, axşam-axşam.
Qabağındaİnsan oğlu, ayaqlama hörməti,Yanaq qızarmasın söz qabağında.
Həyatda insan kimi yaşamaq istəyirəmLal duran, tərpənməyən, danışmayan, dinməyən,Qarlı qışda üşüyüb, baharda isinməyən,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Siz məni özümdən xəbər almayın,Gördüyün ellərdə axtarın məni.
Şekoft imas ki, nəsimi-səxavət ilə bu günŞekoft imas ki, nəsimi-səxavət ilə bu gün,Bənəfşə qamətidin getsə əzayi-əna.
İlin fəsilləri dörddürQar gedər, yer açılar,Göydən yağış saçılar,
Hay gəlməzGəlib gördüm yar burada yatıbdı,Hey çağırdım, qulağıma hay gəlməz.