Yazdırır
Kimi savab üçün gəlir dünyaya,Kimi ömrü boyu günah yazdırır.Ömrün tarixini, vaxt olur qələm,Vaxt olur, qan tökən silah yazdırır.
Dağıdır bütövü, bölür paranı,Zaman qarışdırır ağı, qaranı.Şər axşam qarışıb qatır aranı,Xeyrin dastanını sabah yazdırır.
Mənası ölümsüz, mətləbi dərin,Sözdü bu dünyada hər şeydən şirin.Yaxşı bir əsəri varsa şairin,Onu şair yazmır, Allah yazdırır!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yazdirir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
یارب، تو بدین قوت سهلی که مراستوین کوتهی مدت مهلی که مراست
Çarə kimdür ələmi biçarə olmuş könlümüÇarə kimdür ələmi biçarə olmuş könlümü,Qandadur bir cəm edən sədparə olmuş könlümü.
GözəlBir ilahim xəlq eləyibTək gəlib cahana Gözəl;