Ev tik, elin-oban qalsın,Ev tik, atan-baban qalsın.Ev tik, yurdun-yuvan qalsın,Ev tikmə, özün qalası!

Ulu sözün dilini tap,Ulu sözdən bir qala yap.Ulu sözdən bağla kitab,Dalınca gözün qalası...

Əgər düşsə söz düyünə,Döz bu dağa, döz düyünə.Ulu sözün dözdüyünə,Dözməz hər dözüm qalası!

Yaddaşlarda təzə dursan,Yaddaşlarda yanan nursan.Yaddaşlarda qala qursan,Dağılmaz sözün qalası!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən