Yuvası dağılan quş
Yuvasını dağıtdılar,O quş yuva dərdi çəkir.Neçə günün xəstəsidi,Dərman-dəva dərdi çəkir.
Uçub beçə, qaçıb fərə,Öz başına qalıb hərə.Qalxa bilmir zirvələrə,Təmiz hava dərdi çəkir.
Son qazancı qəm olacaq,Ömrü-günü kəm olacaq.Görən kimə yem olacaq,Döyüş, dava dərdi çəkir.
2006, oktyabrKislovodsk
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yuvasi-dagilan-qus
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gülün eşqində gərək bülbüli-nalan oxusun
Gülün eşqində gərək bülbüli-nalan oxusun,Aşikar eyləməyib dərdini, pünhan oxusun!
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
İstəÖz məğrur eşqimdə təmənnasızam,Bir damla istəsəm,
EylədiEy qazılar, kimə qılım şikayətBir bimürvət məni candan eylədi