Doğmaların nəfəsinə qurbanam,Bir görüşü min bir dərdin əlacı.Köhnə dünya təzələndi gözümdə,Naxışlandı min ərişi, arğacı.

Daha bəsdir uzaqlardan baxdığım,Göz yaşına qarışdığım, axdığım.İllər boyu yandırdığım, yaxdığım,Təşnə könlüm bu vüsalın möhtacı.

Bürünmüşəm yaşıllara, göylərə,Qarışmışam kamanlara, neylərə,İndi bildim ucalanda göylərə,Nə deməkdi Məhəmmədin meracı!

Vətən cənnət, şükür olsun Allaha,Körpü saldım dünənimdən sabaha.Ölsəm belə “uf” demərəm mən daha,Bu ziyarət, bu yer Məkkə, mən Hacı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri