Gürcü dostlarımıza

Bir sinədə iki ürək döyünürBiri bizim, biri sizin deyilmi?İki şəhər bir-birilə öyünürBiri bizim, biri sizin deyilmi?

Sumqayıtdan Rustaviyə çıx yola,Alın təri axıtmışıq hər kola,Rustaveli Nizamiylə qol-qolaBiri bizim, biri sizin deyilmi?

Bu dostluğa dünya salır nəzəriQartueli qardaş bilir bizləri,Qara dəniz salamlayır Xəzəri,Biri bizim, biri sizin deyilmi?

Qardaşlığın yenilməyən gücü var,Tariyel tək milyon igid gürcü var,Koroğlunun ürəklərdə bürcü var,Biri bizim, biri sizin deyilmi?

Buynuzlara şərab tökün, a dostlar!Süfrənizə nə var düzün, a dostlar,Yaşa! Yaşa! İki sözün, a dostlar!Biri bizim, biri sizin deyilmi?Hər ikisi ikimizin deyilmi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri