Əsən külək gurlamasın,Coşan sular dayansın.Ana günəş üfüqlərdənGülə-gülə boylansın.Yollarımız heç solmayanQızıl rəngə boyansın.Vətənimiz gücümüzəƏmin olsun, inansın,Biz suların sinəsindənOd almağa gedirik!Daha güclü çil-çıraqlarYandırmağa gedirik!

Əlimizlə qurulmuşdurGöy sularda min ada.Dağ üstündə duran buruqQazır yeri dəryada.Sinəmizlə toqquşsa daMin əziyyət, min qada,Zəhmətilə yetir insanHər arzuya, murada,Biz suların sinəsindənOd almağa gedirik!Daha güclü çil-çıraqlarYandırmağa gedirik!

Gücümüzə təslim olur,Quru, dəniz asiman,Xəzər bizi gülə-güləSalamlayır hər zaman.Əzmimizlə alov çıxırYerin min bir qatından,Qaranlıqda mayaq deyil,Qəlbimizdir o, yanan,Biz suların sinəsindənOd almağa gedirik!Daha güclü çil-çıraqlarYandırmağa gedirik!

Təbiətə qalib gəlirYaradanlar, quranlar,Azadlığın sarayınaMin bir bəzək vuranlar.Neftçi qardaş, qarşıdadır,Daha gözəl zamanlar.Qoy çəkilsin yolumuzdanQasırğalar, dumanlar!Biz, suların sinəsindənOd almağa gedirik!Daha nurlu çil-çıraqlarYandırmağa gedirik!

Vətənimiz azadlığınBir sönməyən ocağı.Bizi boya yetirmişdirOnun ana qucağı.Dalğalansın yer üzündəSülhün zəfər bayrağı.Neftimizlə alovlansınSəadətin çırağı,Biz suların sinəsindənOd almağa gedirik!Daha nurlu çil-çıraqlarYandırmağa gedirik!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri