Qətran Təbrizi
~1009 — ~1072 · Şair · XI əsr
- Farsca
XI əsrdə yaşamış Qətran Təbrizinin (1012–1081) ana dili fars dili olmuşdur. Onun bizə gəlib çatmış "Divan"ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarətdir. Bizə gəlib çatmamış əsərləri arasına "Təfasir fil-lüğətil-fürs" (Fars dilinin izahlı lüğəti), "Qövsnamə" (və ya Quşnamə) və "Vamiq və Əzra" əsərləri daxildir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qətran Təbrizi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.