Möcüzə
Əlibala Hacızadə- Nəsr
- XX-XXI əsr
- 7 əsər
- Oxu müddəti: 4 saat 10 dəq
Qara «Volqa»nın yanında dayanmışdı, sol əlini böyründəki uzun gövdəli ağaca söykəmişdi, sağ əlinin dırnaqları saralmış barmaqları arasındakı siqareti tez-tez sümürür, nigarançılıq içində çırpına-çırpına küçənin gah aşağı, gah yuxarı tərəfinə boylanırdı: kimisə gözlədiyi o dəqiqə nəzərə çarpırdı.