Ay üzə-üzə
Hicranım, möhnətim, dərd ilə qəmimAz qalıb canımı ay üzə, üzə.Namərdin fitnəsi alır canımı,Heç demir canımı ay üzə-üzə.
Qəvvas kimi dəryalara dalmışam.Şirin canım kəməndinə salmışam.Qərq olmuş gəmiyəm, burda qalmışam,Sonalar çalxanır ay üzə-üzə.
Alıyam, axtarram həqiqi dostu,İlqarın bütünü həqiqi dostu.Müxənnət olmasa həqiqi dostu,Dost deyər sözünü ay üzə, üzə.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-ali-ay-uze-uze-2
Use ← → keys to move, R for a random poem