İstəkli sevgilim, gəldik üz-üzə,Əlimi əlinə al gülə-gülə.Çox gəzdim dünyanı seçə bilmədim,Sənin tək gözəlgən, al gülə-gülə.

Ürəyim titrəyir durma uzaqda,Külək olsun, telin əssin sazaqdaGözüm qalıb lalə yanaq, buxaqda,Qolunu boynuma sal gülə-gülə.

Mən zərgərəm, səni dürrü bilirəm,Aləm nədi, şöylə, kimi görürəm,Türkiyə elindən indi gəlirəm,Minnət qoy Alıya, gəl gülə-gülə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets