Gedirdim, yoldan eylədi,O qız məni, bu qız məni,Ulusdan, eldən eylədi,O qız məni, bu qız məni.

Dindirirəm, dinməz, küsər,Dərdin sinəmdə sərbəsər,Öpər, sinəsinə basar,O qız məni, bu qız məni.

Hüseyni salma gözündən,Bir maç içərəm üzündən,Hərgiz eləməz özündən,O qız məni, bu qız məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets