Durum dolanım başıva,Bir bəri bax, bəri, Bayaz!Camalındı mahi-taban,Xurşndin xavəri, Bayaz!

Ağ üzdə siyah tellərin,Şəkərdən şirin dillərin,Yapaxda qızıl güllərin,Kənar elə xari, Bayaz!

Qaşlarım ərər kimidi,Buxağın mərmər kimidi,Sədrin qələmkar kimidi,Dişlərin mirvari, Bayaz!

Cuna salıbdı başına,Qızıl tanalar guşuna,Aşiqi salmaz huşuna,Yox imiş xəbəri, Bayaz!

Aşıq Hüseynin havası,Kəmbəmdi sazının səsi,Geyinibdi zər libası,Üstundən kəməri, Bayaz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets