Aşıq Qənbərlə aşıq Valehin deyişməsi
Aşıq Qənbər
Deyirlər sənəti tövbə etmisən,Barı ziyarətin qəbul oldumu?Deyirdin ölüncə eşqim azalmaz,Ömrünün gülşəni qəfil soldumu?
Aşıq Valeh
İnsan da şadlığa tövbə edərmi?Sazsız ziyarət də qəbul olarmı?Can nə qədər sağdır, eşq içindədir,Baharın qoynunda gül də solarmı?
Aşıq Qənbər
Söz yaraşmaz bundan belə adına,Çatan olmaz harayına, dadına.Etdiyin tövbəni gətir yadına,Qaynadı, peymanın axır doldumu?
Aşıq Valeh
Saz adımla tarixinən qalacaq,Əhvalımı ellər xəbər alacaq.Yalançıya tövbə qənim olacaq,Çaylar tökülməklə ümman dolarmı?
Aşıq Qənbər
Qənbər deyər, duman çıxır sərindən,Dəyirman tək oynamışam yerimdən.Bu sözü eşitdim Molla Kərimdən,Belə böhtan mollalarda boldumu?
Aşıq Valeh
Eşq əhliyəm, hər əməli salehəm,Küskün, kəsalətli, oyaq taleyəm.İsmim Səfi, özüm aşıq Valehəm,Tövbə edən telli sazı çalarmı?
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-valeh-asiq-qenberle-asiq-valehin-deyismesi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Biriya, qoymagilən, bəndəri kəs, şah qaçır a!Daha düşməz əlinə durma, tələs, şah qaçır a!
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Unudulmaz illərimiz!Haydı, Rüstəm, çıxalım gəl yarışa,*Çıxalım mövzu üçün axtarışa.*
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.