Hacı Əli xana məktub
Hacı Əli xana yazılmış məktubun surəti
Yüksək nəsəbli Etimadüddövlə cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!
Dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu Əli xan aligövhər bir cavandır və mənə son dərəcədə məhəbbəti və mehribanlığı vardır. O, həmişə cəlal sahibi cənabınızın yüksək şənini, iş bilənliyini, islampənah padşah həzrətləri hüzuruna, Allah onun səltənətini əbədi etsin, xüsusi yaxınlığını vəsf edir. Bu günlərdə mən köhnə islam yazısını dəyişdirmək barədə məruzəmi Maarif Nazirliyinə göndərərkən o mənə məsləhət bildi ki, ixlasımı bildirən bu kiçik məktubumla özümü cəlal sahibi cənabınıza tanıtdırıb, qarşıma qoyulan məsələ barədə cənabınızdan kömək və imdad təmənnasında olam.
Köhnə islam əlifbası haqqında ayrıca kitabçada və həmin məruzəmdə qələmə aldığım bəyanat və onu dəyişdirməyin faydalı iş olması barədə gətirdiyim dəlillər bütün sağlam düşüncəli adamları şəkk və şübhəsiz mənimlə həmrəy edəcəkdir.
Tamamilə yəqinimdir ki, bu məsələnin müzakirəsi və həlli üçün çağırılacaq müşavirə məclisi cəlal sahibi cənabınızın iştirakı olmadan qeyri-mümkündür. Ona görə də ümidim qətidir ki, insanpərvərlik, xalqsevərlik və dövlətxahlıq naminə köhnə islam yazısının dəyişdirilməsi və yeni qaydanın tətbiqi işində kömək və müsaidətinizi əsirgəməyəcəksiniz.
Sizə ixlası olan Mirzə Fətəli Axundzadə
1868-ci il, sentyabr ayı, Tiflis şəhəri
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-haci-eli-xana-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
BİRİNCİ MƏCLİSƏvvəlinci məclis Qarabağ vilayətində min iki yüz altmış üçüncü ildə yazın əvvəlində, novruz bayramından bir gün keçmiş Təklə-Muğanlının qışlağında vaqe olur. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır, kiçik bacısı Gülçöhrə yanında oynayır.
İkinci məclisİKİNCİ MƏCLİSİkinci məclis haman gündə əvvəlinci damda vaqe olur. Dam kilim, gəbə ilə pakizə fərş olub, bir tərəfdə un çuvalları düzülüb. Bir tərəfdə yağ dəriləri, yun məfrəşləri qoyulubdur. Hatəmxan ağa oturub damın yuxarısında, fərş üstə. Arvadı Şəhrəbanu xanım ərinin sağ böyründə, çənəsin yaşmayıb, ağ örpək başında, həllaci samit əyləşibdir. Hatəmxan ağanın müqabilində qardaşı oğlu Şahbaz bəy oturub, xəncərinin dəstəsinə sövkənmiş, müntəzirdir görsün ki, əmisi nə danışacaq. Yun məfrəşlərin birisinin üstünə bir xalça salınıb, Şahbaz bəyin sol tərəfində qoyulub, üstündə müsyö Jordan firəngi libasında, qıçın qıçı üstə aşırıb, başı açıq, əlində barmaq uzunluğunda və yoğunluğunda bükülmüş və lülələnmiş tənbəki yarpaqlarını yandırıb çəkir. Hatəmxan ağanın böyük qızı Şərəfnisə xanım bunlardan əvvəl xəlvətcə gəlib, yük qabağında asılan kilim gərdəyin dalısına girib pusur ki, görsün nə danışacaqlar. Bu halda Hatəmxan ağa üzün müsyö Jordana tutub xitab edir.
Üçüncü məclisÜÇÜNCÜ MƏCLİSÜçüncü məclis yenə orada vaqe olur. Damın bir tərəfində Şəhrəbanu xanım oturubdur. Bir tərəfdə Şərəfnisə xanım yun darayır. Bu halda birdən qapı açılır, Şərəfnisə xanımın dayəsi Xanpəri içəri girir.
Dördüncü məclisDÖRDÜNCÜ MƏCLİSMəstəli şah. Səlam-əleyküm!