Ali nəsəbli Əminül-mülk cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!

Dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu Əli xan aligövhər bir cavandır və mənə böyük məhəbbəti və mehribanlığı vardır. O, həmişə alinəsəbli cənabınızın yaxşı xasiyyətlərindən və gözəl hərəkətlərindən, islampənah, şövkətli padşahın, Allah onun səltənətini əbədi etsin, hüzurunda cənabınızın xüsusi məqam sahibi olmasından danışır.

İndi, mənim köhnə islam əlifbasını dəyişdirib yeni yazı qaydası tətbiq etmək haqqındakı yazılı məruzəm Maarif Nazirliyinə göndərildiyi bir zamanda, o [Əli xan] mənə təlqin etdi ki, ixlasımı bildirən bu kiçik məktubla həmin məsələ barədə cənabınızdan da kömək və imdad istəyim.

Yuxarıda qeyd edilən yazılı məruzədə şərh edilmiş dəlillərə görə köhnə islam əlifbasını dəyişdirmək və onda yeni qaydalar tətbiq etməyin vacibliyi sabit və aşkardır. Lakin bu məsələ, o qədər böyük bir məsələdir ki, onu həll etmək Əmr və Zeydin qüvvəsindən xaricdir. Bu məqsədə nail olmaq, yalnız islamın pənahı olan şövkət sahibi hökmdarın yüksək iradəsinə bağlıdır.

Burada mən o əlahəzrətin dərgahına yaxın olan alinəsəb cənabınızdan ixlas ilə xahiş edirəm ki, öz fitri nəcabətinizin təqazası ilə, mən dərvişin xatirinə, qədəmlərinizə zəhmət verib, bu məsələni müzakirə və həll etmək üçün təşkil olunacaq müşavirə məclisində hazır olub, köhnə əlifbanı dəyişdirmək və onda yeni qayda tətbiq etmək barədə mənim bəyanatımı dinləyəsiniz və bu xüsusda alinəsəb cənabınızın fikri nə olarsa, istər maarif naziri ilə birlikdə, istərsə də başqa bir münasib mövqedə əlahəzrət şahənşahın, Allah onun dövlətini daimi etsin, ayağının torpağına ərz edəsiniz.

Sizə ixlası olan Mirzə Fətəli Axundzadə
1868-ci ilin sentyabr ayı, Tiflis şəhəri

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mirzə Ələkbərə

Təbrizdəki rus konsulxanasının mütərcimi Mirzə Ələkbərə yazılmış məktubun surəti**Mənim hörmətli ağam, səadətiniz daimi olsun!

1 min
Dəsturül-əməl

Alicənab Hacı Molla Məhəmməd!Vəqta ki, İstanbula varid olursunuz, təvəqqe edirəm ki, bidunitəxir mənim məktubumu dostumuz Əbdürrəhman ağa Hacı Məhəmmədəmin mərhumun oğluna təslim edib, lisanən mükərrəmüləleyhdən rica eləyəsiniz ki, hər vəch ilə olur olsun mənim məsulumu məmul edə və məktubumun cavabını sizə verə ki, mənə yetirəsiniz. Xülasə, gərək cavabsız gəlməyəsiniz. Sonra əlifbayi-cədidin xüsusunda həmişə ərbabimərifət və kəmal ilə göftgu edəsiniz və üləma məclisinə tərəddüd edib, bu əlifbanın mənfəəti babında onlar ilə danışasınız və basmaxana sahiblərinə deyəsiniz ki, onların hüsni-övza və tərəqqiləri mövqufdur bu əlifbanın intişarına. Ondan ötrü ki, hər kitab təzə xətti-cədid ilə basmaxanadan çıxdıqda haman saat füruşa yetişəcəkdir. İnşaallah-taala, padşahani-islam bu rəsmi-xətti-cədidi təsdiq və mücra edib, küllifirqeyi-islamı nikbəxt edəcəklər və əgər əlifbayi-cədidin surətini bir kimsənə xahiş eləsə, əlbəttə, yazıb verəsiniz.

1 min
Təlimat

Əzizim Əsgərxan bəy!Yeni əlifba kitabçası əlinizə çatan kimi gecikmədən yeni yazı üsulunu yazılmış təlim qaydalarına müvafiq olaraq öyrənib, xalqın bütün təbəqələrindən – istər varlı və əşraf, istərsə də yoxsul və sənətkarlardan şagirdlər tapıb, yeni əlifbanı onlara öyrədin və diqqət yetirin ki, kitabçanın üzünü köçürüb özlərində saxlasınlar. Əgər tələbələrdən və məktəb uşaqlarından şagirdlər tapa bilsəniz, çox yaxşı olar. Yeni əlifba kitabçasını kamal və mərifət sahiblərinin məclislərində oxumalı və yeni yazı üsulunun vacib bir iş olduğunu dəlillərlə sübut etməlisiniz.

2 min
Mirzə Yəquba

Mənim əziz ağam Mirzə Yəqub, səadətiniz daimi olsun!**Darül-xilafeyi-Tehranda iki dəfə şəxsən şöhrət sahibi olan cənabınızla görüşüb, sizin sonsuz fəzilət və gözəl sifətlərinizdən xəbərdar olduğumdan həmişə sizi yad etməklə ağzımı şirin edirəm. Yəqinimdir ki, siz də gözəl xasiyyətinizə görə məni unutmamışsınız.

1 min

Poems by other poets