Xarici işlər nazirliyinə məktub
Xarici işlər Nazirliyinə yazılmış məktubun surəti
Əlahəzrət şahənşahın, Allah onun səl- tənətini əbədi etsin, cəlal sahibi xarici işlər naziri həzrətlərinin xidmətinə
Sizin yüksək nəsəbli cənabınızın zatında olan və özünüzün kəsb etdiyiniz böyük fəzilətlər, xalqa və dövlətə olan məhəbbətiniz, günahlardan uzaq olub, müqəddəsliyiniz, hələ Mirzə Yusif xanın konsul olduğu zamanlarda həmişə bizim üns və müsahibə məclislərimizi zinətləndirmiş və mənə məlum olmuşdur. Hal-hazırda dövləti-əliyyeyi-İranın Tiflisdə baş konsulu olan Əli xan alinəsəb bir cavandır və mənə çox böyük mehribanlığı və məhəbbəti vardır. O, sizi, cəlal sahibi cənabınızın mənə məlum olan bütün fəzilətlərə malik olmaqla bərabər, elmin, maarifin hamisi və rəvacvericisi, qabiliyyət və fərasət sahibi olan gənclərin atası və tərbiyəçisi kimi tanıyır və həmişə pak təbiət və pak niyyət sahibi cənabınızı tərifləyir. Əlbəttə, bütün şiə-məzhəblərə vacibdir ki, öz səadətləri xatirinə cənabınızın izzət və vəzarət məqamında səadətlə qalmağınızı beş vaxt namaz zamanı böyük xaliqin dərgahından xahiş etsinlər.
Əlbəttə, gərək nazir cənablarının əziz xatirinə məlum olsun ki, on il bundan qabaq mən islam xalqlarının köhnə əlifbasını dəyişdirmək və bu əlifbanın nöqsanları haqqında bir kitabça yazıb, əvvəlcə onu dövlətiəliyyeyi-İranın Tiflisdəki keçmiş konsulu Mirzə Hüseyn xanın vasitəsi ilə Tehrana, xarici işlər nazirinə göndərmişdim. Sonra isə o kitabçanın başqa bir nüsxəsini götürüb, İstanbula getmişdim və onu Osmanlı dövlətinin başçılarının nəzərinə çatdırmışdım.
Doğrudur, onlar köhnə əlifbanı dəyişdirmək haqqında mənim gətirdiyim bütün dəlilləri təsdiq etdilər. Lakin bəzi maneələri bəhanə tutaraq, əlifbanı dəyişdirməyi təxirə saldılar və o tarixdən bu günə qədər bu məsələ həll edilməmiş qalmışdır. İstanbulda görüşüb dost olduğum Melkum xan bu son zamanlarda həmən məsələni təzələmiş və özünün çap əlifbasından bir nüsxə mənə göndərmişdir.
Doğrudur, Melkum xanın tərtib etdiyi çap hərfləri gözəllik nöqteyinəzərindən misilsiz idi. Ancaq, digər tərəfdən bir çox başqa qüsur və nöqsanları var idi ki, təkmilləşdirməyə möhtac idi. Bu keyfiyyəti nəzərə alaraq, mən Melkum xan əlifbasının həm yaxşılığı, həm də nöqsanları haqqında öz fikrimi yazaraq, başqa bir bəyanatla Əli xanın vasitəsilə əlahəzrət şahənşahın Xarici İşlər Nazirliyinə göndərdim ki, sizin tərəfinizdən mütaliə edildikdən sonra, Maarif Nazirliyinə təqdim edilsin.
Ümid edirəm ki, sizin yüksək nəsəbli cənabınızın iştirakı olmadan baş tuta bilməyən məsləhət məclisində, sizin əziz zatınıza xas olan sağlam fikir, millətxahlıq və dövlətpərəstliyin tələbinə görə, köhnə əlifbanı dəyişdirmək haqqında fikrinizi öz həmməzhəblərinizi və həmvətənlərinizi tərbiyə məqsədilə söyləyəcək və bizi himayə etməkdən səyinizi əsirgəməyəcəksiniz.
Sizə ixlası olan Mirzə Fətəli Axundzadə
Sentyabr ayı, 1868-ci il, Tiflis şəhəri
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-xarici-isler-nazirliyine-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
thumbnailəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir.
Aldanmış kəvakibPOVESTALDANMIŞ KƏVAKİB (H E K A Y Ə T İ - Y U S İ F Ş A H)
Çeşmə kitabəsiBir əcəb çeşmə Əlaiddin rəvan etmiş idi,Məscidi-Batum civarində nəziri-səlsəbil.
Cəfərqulu xana məktubSəbəb nədir kim, yazdığım kağıza,Heç cavab yetişməz bizim diyara?
Poems by other poets
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
Keç günahımdanMənə qurban verdin cavanlığını,Nur etdin ömrümün qaranlığını.
ƏfradDur, ey cəfa ilə servi-qəddi şikəstə oğul,Hava çox istidü, yatma quru yer üstə oğul.