Mirzə Melkum xana
1871-ci il iyunun 2-də Melkum xana yazılmış məktubun surəti
Cənab Ruhül-qüds!
Sizə bildirirəm ki, qüdrətli Rusiya dövlətinin başçıları Dağıstanı ələ keçirib Şamili tutduqdan sonra, yəni iki-üç il bundan qabaq bir neçə nəfər yüksək fəzilətli alimlərin səyi ilə avar, çeçen və çərkəz dilləri üçün latın əlifbasına oxşayan və soldan-sağa yazılan xüsusi bir əlifba tərtib etmişlər. İndi iki-üç ildir ki, dövlətin xərci ilə Dağıstanın dağ kəndlərinin hər birisində məktəblər və mədrəsələr açılmış və bu yeni əlifbanı rus əlifbası ilə bərabər, müsəlman balalarına öyrədirlər. Bu gün bütün dağıstanlı uşaqlar artıq savadlanmışlar. Bu yeni əlifba ilə onlar avar, çeçen və çərkəz dilində bir-birinə məktublar yazıb-oxuyur və anlayırlar. Onlar bəzi islam kitablarını da bu əlifbaya köçürürlər. Hətta Dağıstan uşaqları Quranı və Azərbaycan dilindəki yazıları da, bəzən yeni əlifba ilə yazıb oxuyurlar. Halbuki, bundan əvvəl Dağıstan camaatı içərisində bir neçə nəfər molla və əfəndidən başqa yazıb-oxumağı bacaranlar yox idi. Çox keçməz ki, əvvəllər savadsız sayılan bütün Dağıstan camaatı və dağlarda yaşayan əhali ellikcə savadlı və bilik sahibi olar. Lakin iki milyondan artıq olan Qafqaz müsəlmanları köhnə islam əlifbasının yaramazlığı nəticəsində hələ də kor və savadsız qalmışlar və islam dövlətlərinin başçıları ona nicat vermək qərarına gəlməzsə, bundan sonra da əsrlər boyu belə qalacaqlar.
Cənab Ruhül-qüds! Bu məsələni sədr-əzəm cənablarının qulluğuna ərz etməyi və bu xüsusda İstanbul nazirlərini başa salmağı Sizdən xahiş edirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-mirze-melkum-xana-4
Use ← → keys to move, R for a random poem
More by this author
Zilqə’də ayında, sənə 1280-də Misirdən*Ey bəradəri-mehribanım Kəmalüddövlə!
“Kəmalüddövlə məktubları”nın mülhəqatı“Kəmalüddövlə” müəllifinin dostlarından birinin bu müəllifin sirdaşlarından birisinə 1280-ci ildə yazmış olduğu məktubun surətidir.*
Birinci məktubMənim hörmətli qardaşım! Allah iqbalını daimi etsin! Cənabınızın xahişinə görə “Kəmalüddövlə məktubları” nüsxəsini müəllifindən alaraq sizə bir neçə şərtlə göndərirəm.Birinci – bu nüsxəni gərək mə’rifəti, əminliyi və insaniyyətinə qətiyyətlə inandığınız şəxslərə göstərəsiniz.
İkinci məktubHörmətli qardaşım! İqbalınız daimi olsun!Yırtıcı xasiyyətli və vəhşi təbiətli ərəblər* Misir kitabxanasından başqa iranlıların da bütün kitablarını və yazılarını yandırdılar, iranlıların xoşsifət padişahlarının asarını dünyadan silib yox etdilər, onların ədalətli qanunlarını tamamilə Yer üzündən itirdilər. Bunların əvəzində əsirlik qaydalarını, yə’ni despotizm üsulunu və yəhudi dininə oxşayan dinlərini İran ölkəsində sabit və bərqərar etmişlər. Bununla belə biz korlar, axirətdə xudavəndi-aləm bu qaniçənlərin şəfaəti ilə bizə behişt verib sərin su içirdəcəkdir kimi səfeh bir arzu ilə babalarımızın, elm və fənnin bu düşmənlərini özümüz üçün övliya hesab edirik. Əgər axirətdə sərin su varsa, qoy bu qaniçənlər özləri içsin ki, həmişə onun həsrətində olmuşlar. Xudavəndi-aləm onları bu dünyada öz rəhmətinə layiq bilməmişdir. Onların yurdunu cəhənnəm kimi etmişdir. Onların xörəyini kərtənkələ və əqrəblərdən etmişdir, bir içim sərin suyu onlara rəva görməmişdir. Çoxunu “əl’ətəş” deyə-deyə dünyadan aparmışdır. İndi necə ola bilər ki, axirətdə onların şəfaəti ilə bizə sərin su içirdəcəkdir? Bizim bu nadanlığımız üçün heyflər olsun! Ola bilər ki, həmvətənlərimdən bə’ziləri mənim bu cür kəskin yazmağımı caiz görməyib, e’tiraz məqamına gəlib, dünyada məzhəbsiz, e’tiqadsız, imansız yaşamaq çətin olduğunu söyləsinlər. Onların cavabında rəhmətlik Xacənin bu beytini oxumaq istərəm:
Poems by other poets
یا ز گلزار ختا آهوی چین میگذرد
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Ya səndədi, ya məndəAla gözlüm, dərdə oldum giriftar,Dərdə dərman ya səndədi, ya məndə.
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.