Əzəmətli ağam, böyük əmirlər nəticəsi, xaqana yaxın olan mötəmənüssultan, yüksək mənsəbli, cəlal sahibi, hörmətli xarici işlər nazirinin birinci müavini Mustafa xan, Allah onun iqbalını daimi etsin, mülahizə Buyuracaqlar

Əzəmətli ağam Mirzə Mustafa xan, Allah cəlalınızı artıq eləsin!

Son dərəcədə təəssüf edirəm ki, məsafənin uzaqlığı və bizi bir-birimizlə görüşdürə biləcək vasitələrin və təsadüflərin olması məni sizin əziz vücudunuzu görməkdən məhrum etmişdir. Lakin cənabınız, fitri nəcabətinizin tələbi ilə və təbii hüsn-əxlaqınızla məni görmədən və tanımadan, uzaqdan-uzağa yad edib mənim tərəfdarım, fikirlərimin müdafiəçisi olmuşsunuz. Bu nəcib münasibətinizin müqabilində sizə təşəkkür edirəm; həm də təkcə təşəkkürlə kifayətlənməyib, sizin əziz adınızı yeni əlifbanın həyata keçirilməsi uğrunda mübarizə aparanlar, və mənə kömək edənlərin adlarının sırasında qeyd edərək müasirlərimizin tanıması, oğullarınız və nəvələrinizin gələcək əsrlərdə xeyirlə yad etməsi üçün öz sağlığımda nəşr etdirəcəyəm. Çünki sizin kimi adamların köhnə islam əlifbasını dəyişdirmək uğrunda sərf etdiyi zəhmətlər bizim ölmüş millətimizin yenidən dirilməsinə səbəb olduğu üçün, sizə təşəkkür edib və sizi tərifləmək üçün vacib bir iş sayılacaqdır.

Cənabınızın bu məsələ barəsindəki səyləriniz haqqında alinəsəb və gözəl xasiyyətdə olan cavanlardan Əli xan bu günlərdə mənə müfəssəl məlumat vermişdir. Bu tarixdən etibarən mən sizin səylərinizin istənilən nəticələri verməsi ümidi ilə min cür sevinc və ruh yüksəkliyi ilə yaşayacağam. Sizdən xahiş edirəm ki, Darül-xilafədə (Tehranda) sizin mənzilinizdə təşkil ediləcək paytaxt ziyalılarının məclisində də müşavirəyə başlamazdan əvvəl islam əlifbasını dəyişdirməyin lüzumu haqqında Mirzə Melkum xanın yazmış olduğu kitabçanı oxuyasınız. Bu kitabça hazırda müqərrəbül-xaqan Mirzə Yusif xanda vardır. Bundan sonra məclis üzvlərinin məsləhət görəcəyi hər bir qərarı həyata keçirərsiniz.

Əzəmətli ağam Əli xandan çox-çox razıyam ki, məni cənabınızla tanış etdi. O məni İranın sizin kimi bir çox nəcib və böyük adamları ilə tanış etmişdir. Təəssüf edirəm ki, Tiflis belə bir cavanın misilsiz vücudundan məhrum oldu. Onun buradan getməsi hamıya çox böyük təsir etmişdir. O, konsul vəzifəsində çalışdığı halda, böyük Rusiya dövlətinin hakim dairələrində özünü ləyaqət və əzəmət cəhətdən bütün nazirlərdən və səfirlərdən daha yüksək tanıtdırmışdır. O, Rusiyada yaxşı bir ad qoyub getdi və həqiqi aristokratlığın mənasını bu vilayətin böyüklərinə layiqincə anlatdı.

Doğrudur, bu işin onun öz kisəsinə böyük zərəri var idi. Lakin Allah kərimdir. O, dirhəm və dinar təmənnasında olmayıb, öz dövlətinin adını və şöhrətini yüksəltməyi sevirdi. Kaş, dövləti-əliyyeyi-İranın bütün xarici ölkələrdə xasiyyətinin yaxşılığı, hümmətinin yüksəkliyi, dünyanın işlərindən geniş xəbərdarlığı, iş bacaranlığı və sağlam fikir sahibi olması ilə Əli xana oxşayan bir çox məmurları olaydı...

Allah sizi hifz etsin və sizə kömək olsun!

Kolonel Mirzə Fətəli Axundzadə
tərəfindən yazıldı.
Hicri 1287-ci il, şəvval ayında
[yanvar, 1871-ci il]

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Hekayəti Molla İbrahim-Xəlil Kimyagər

thumbnailTəmsili-qisseyi-vaqiə ki keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir

18501 min
Əvvəlinci məclis

ƏVVƏLİNCİ MƏCLİSƏvvəlinci məclis Nuxu şəhərində Hacı Kərim zərgərin evində vaqe olur min iki yüz qırx səkkizinci1 ildə, baharın orta ayında. Hacı Kərim zərgər, xaçmazlı Şeyx Salahı Nuxuya varid olduğu səbəbindən öz evinə dəvət edibdir: aşnaları Ağa Zaman həkim və Molla Salmanı və Məşədi Cabbar taciri və Səfər bəy mülkədarı və həm Şeyx Salah xaçmazlını. Amma Hacı Nuru şair ittifaqən çağrılmamış gəlibdir. Tamam əhli-məclis öz adəti libaslarında əyləşiblər. Şeyx Salahdan başqa ki, müəmməmdir, əlində uzun təsbeh çevirir. Ev sahibi Hacı Kərim zərgər əhli-məclisə mütəvəcceh olub mətləb başlayır.

18507 min
İkinci məclis

İKİNCİ MƏCLİSİkinci məclis Xaçmaz dağında vaqe olur. Dağın damənəsində bir müsəttəh və müəttər və rəngarəng gül, giyah ilə müzəyyən çəməndə iki çadır qurulubdur. Əlli qədəm bir-birindən aralı çadırların aşağı tərəfindən ağacdan bir çardaq tikilib, içində böyük misgər kürəsi və bu kürəyə münasib bir körük nəsb olub. Kürənin çevrəsində ambar ilə əzilmiş mis parçaları tökülüb suya, tezliklə ərinib gümüş olasıdır. Çadırın birisinin yavığında genə ağacdan bir balaca çardaq qurulubdur. Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır. Dərənin hər iki tərəfində bitmiş yüz illik palıd və fısdıq ağaclarının budaqları ahəstə əsən nəsimdən hərəkətdədir. Ənva və əqsam quşlar ağacların bir budağından o biri budağına qalxıb, qonub mövzun nəğəmat ilə dərəyə qülqülə salırlar. Çəmənin müqabilində bir bulaq suyu qayadan ahəstə və həzin səs ilə axıb dərəyə tökülür və axdıqca qətəratı ətrafa səpələnir. Çəmənin gündoğan tərəfi göz işləməyən səhradır. Dərəyə getdikcə çadırların birisində sakindir Molla İbrahimxəlil kimyagər, birisində Molla Həmid, onun şagirdi. Balaca çardaqda olur dərviş Abbas, onun xidmətkarı öz alət və əsbabi ilə. Sübhdən iki saat keçmişdi, günün şüası dərədən tədriclə mütəsaid olan dumanın üstündə bərq vururdu. Bu halda Molla İbrahimxəlil kimyagər öz çadırından çıxıb şagirdi Molla Həmidin çadırı tərəfinə üz qoyub Molla Həmidi çağırır. Molla Həmid çadırdan çıxıb qabağına gəlir, ədəbli durur. Molla İbrahimxəlil başlayır ona deməyə.

18505 min
Üçüncü məclis

ÜÇÜNCÜ MƏCLİSÜçüncü məclis genə haman yerdə Molla İbrahimxəlilin çadırında vaqe olur. Molla

18504 min

Poems by other poets