Şəhadətnamə
Əlahəzrət imperatorun canişini cənablarının dəftərxanasının mütərcimi Mirzə Fətəlinin ata-babasının iranlı olması, qüdrətli dövlətin varlığına duagu olan mənə məlum və aydındır. Ona görə də, hazırda ki, təsadüfən bu yerlərə gəlib çıxmışam və Mirzə Fətəlinin özünün də bu barədə məlumat əldə etmək istədiyini bilib, onun övladı və xələfləri üçün əsil-nəsəbi haqqında müxtəsər məlumat vermək məqsədi ilə bu kağız bizim tərəfimizdən yazıldı.
Onun nəsli türkmən tayfasındandır. Bu nəsil uzun zamanlar Azərbaycanda yaşayıb, ölkənin nəcib adamlarından sayılıb, həmişə xalq arasında əziz tutulmuşlar. Onun atası şəniyüksək Mirzə Məhəmmədtəqi, Əhmədağa övladından olub, təxminən 30 il bundan əvvəl Xamnə qəsəbəsinin kətxudası idi. O qəsəbənin ətrafındakı bir neçə kəndlərin də bütün mülki işlərini idarə etmək, müəyyən bir maaşla İran dövləti başçıları tərəfindən ona tapşırılmışdı. O cənabın bir müddət vətəni tərk edib, qürbətdə yaşamasına səbəb olan hadisə bundan ibarətdir: məzkur qəsəbənin kətxudası olduğu zaman üç nəfər sərbazı oğurluq etdiklərinə görə, öz ixtiyarı və İranda mövcud olan adətə müvafiq olaraq, məsuliyyətə cəlb edib, ayaqlarına çubuq vurdurmuş və saçlarını kəsmək əmrini vermişdi.
O vaxtlar nizami qoşun təşkili və bu cür qoşun təliminin başlanğıc dövrü olduğundan, camaatı yeni qoşuna təşviq edib, həvəsləndirmək lazım sayılırdı. Buna görə də şəniyüksək Mirzə Məhəmmədtəqinin məsələdən xəbərdar olmaması üzündən, həmin üç nəfər sərbaz barədə görülən cəza tədbiri onların sərtipi bakılı İbrahim xanın şərarətinə imkan vermiş oldu. O, naibüssəltənə mərhum şahzadə Abbas Mirzəni də fövqəladə qəzəbləndirdi və nəticədə, əvvələn – şəniyüksək Mirzə Məhəmmədtəqi Xamnə qəsəbəsi və başqa kəndlərin hakimi vəzifəsindən çıxarıldı.
İkinci – cərimə və müsadirəyə məruz qalaraq var-yoxunun çox hissəsi olan 12 min tümənlik əmlakından keçməli oldu. Bu hadisədən o, bir müddət tərkvətən olmuş və vətənə qayıtdıqdan sonra keçmiş xidmətləri müqabilində, Xamnə kətxudalığı dövlət başçıları tərəfindən ona təklif olunmuşsa da, o cənab az bir müddətdə həmin qəsəbənin bir para işlərinə baş çəkmiş, lakin sonra özü bu cür divan qulluğundan imtina edib, bu vəzifədən azad edilməsini xahiş etmişdir.
Müsəlman tarixi ilə 1261-ci il şəvvaləl-mukərrəm
ayının sonlarında, miladi tarixlə 1845-ci ilin
oktyabr ayında Tiflis şəhərində yazıldı.
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-sehadetname-2
Use ← → keys to move, R for a random poem
More by this author
[Müsyö Nikolaiyə]**Mənim əzəmətli və əziz qardaşım! Səadətiniz daimi olsun!
Qeyd18 iyun 1873 tarixində Qocurdan Tiflisdəki Osmanlı konsulunun müavini Ömər Səbri bəyə bir məktub göndərib xahiş etmişəm ki, mənim bir məktubumu İstanbulda “Həqayiq” qəzetinin mühərririnə göndərsin. Məktubla bərabər, iki yeni əlifba layihəsi də göndərmişəm ki, onlardan biri latın hərflərindən, digəri isə köhnə islam əlifbası hərflərindən tərtib olunmuşdur. Bundan əlavə, mənim bir məktubumu da Voliç əfəndinin adına, digər bir məktubumu isə Tiflisdəki Fransa konsulu vasitəsilə Paris şəhərində müsyö Nikolainin adına göndərib, həm də öz dostu Səid bəydən və “Həqayiq” qəzetinin mühərririndən xahiş etməsini istəmişəm ki, bu iki layihə barəsində ona cavab yazsınlar. Həmin tarixdə “Kəmalüddövlə” əsərini fransız dilinə tərcümə etmək haqqında Paris şəhərinə müsyö Nikolainın adına məktub göndərmişəm.Yenə də həmin tarixdə Voliç əfəndiyə əlifba haqqında məktub yazıb, xahiş etmişəm ki, mənim məktubumu çap edib, yeni əlifba layihəsini elan etmək barədə “Həqayiq” qəzetinin mühərriri qarşısında İstanbulda vasitəçilik etsin və cavabını mənə göndərsin.
Mirzə Yusif xanaSabiq Tiflis konsulu Mirzə Yusif xana Təbrizdə naibül-vəzarə vəzifəsinə təyin olunması münasibətilə yazılmış məktubun surəti**Əzəmətli ağam, səadətiniz daimi olsun!
Tehranın xarici işlər nazirinəTehranın cəlal sahibi xarici işlər Nazirliyinin rəisi cənablarına qayibanə salam yetirib, həmin türkcə “Təmsilat”ı yadigar olaraq hədiyyə göndərirəm**1873-cü il, dekabr ayında*
Poems by other poets
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərzSəcdeyi-həqq oldu çün zümreyi-insanə fərz,Səcdeyi insan olub cümleyi-imkanə fərz.