Tehranın xarici işlər nazirinə
Tehranın cəlal sahibi xarici işlər Nazirliyinin rəisi cənablarına qayibanə salam yetirib, həmin türkcə “Təmsilat”ı yadigar olaraq hədiyyə göndərirəm
1873-cü il, dekabr ayında
İslam əlifbasını dəyişdirmək arzusu ilə axirət səfərinə hazırlaşmışam. Yəni qocalmışam. Əfsus ki, nə Rumda, nə də İranda xalqın başçıları islam millətinin tərəqqisi xatirinə əlifbanı dəyişdirmək işinə əl qatmaq istəmədilər ki, bu vasitə ilə də həmin iki ölkənin əhalisi, kişili-qadınlı bir neçə ayın müddətində hamılıqla savadlı olsunlar, bu yol ilə də Avropanın hazırkı elmlərinə dair bütün əsərlər bir neçə ilin ərzində müsəlman xalqlarının dillərinə tərcümə edilsin və biliklərin yayılması sayəsində də islam xalqları üçün səadət və bəxtiyarlıq dövranı başlansın!
Əlifbanı dəyişdirmək çox sadə işdir.
Birinci, hərflərin vahid şəklindən başqa digər şəkilləri olmamalıdır.
İkinci, samit hərflərdən bütün nöqtələr atılmalıdır.
Üçüncü, sait hərflər, yəni hərəkələr hamısı sözlərin tərkibində samit hərflərin yanında yazılmalıdır.
Dördüncü, sözlərin tərkibində bitişən hərflər bitişməyən hərflərlə əvəz olunmalıdır.
Bu yolla hər bir uşaq bircə ay ərzində savadlanıb, bütün islami kitabları oxumağa qadir olacaqdır. Məsələn, hər bir hərfin birinci şəkli kəlmələrin tərkibində saxlanılır, yerdə qalan üç şəkli tərk edilir. Bu nümunədə göstərilən kimi:
“Təqdir qələmi illər uzunu sənin qamətini çəkdi.
Qamətin qiyamət imiş ki, belə tul çəkdi”.
Bu, bir nümunədir ki, göstərirəm. İran alimlərinin özləri yuxarıdakı dörd şərtə riayət etməklə, hərflər üçün yeni şəkillər düzəldə bilərlər.
Başqa xalqlar dəmiryol və teleqraf yaradıb, İran xalqı isə bir neçə hərfin şəklini də yarada bilmir? Alinəsəb şahzadə Etizadüssəltənəyə deyiniz ki, onun vəd etdiyi həkimanə əsərlərinin və Manukci Sahibdən istədiyim “Əncümənaraye-huşəng” kitabının gəlib çatmasının intizarındayam.
Kolonel Mirzə Fətəli Axundzadə
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-tehranin-xarici-isler-nazirine
Use ← → keys to move, R for a random poem
More by this author
Yüksək İran dövlətinin maarif naziri nəvvab-müstətab-əşrəf-ərfəvala E’tizadüssəltənə şahzadə Əliqulu Mirzənin xidmətinə. Allah-taala yüksək səadətini daimi etsin!İstanbul əsilzadələrindən Əli Süavi əfəndi adlı bir şəxs Osmanlı dövləti başçılarından üz döndərib, Londona mühacirət edərək, orada Osmanlı dövləti başçılarının əleyhinə, ölkəni idarə etmək və siyasət işlərində onların yanlış tədbirlərini (əlbəttə, haqsızlıqla) isbat üçün türk dilində “Müxbir” adlı bir qəzet çıxarır.
Mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan, səadətiniz daimi olsun!Adres: Darül-kral Londonda. Dövləti-əliyyeyi-İranın səfiri, cəlal sahibi, mehriban və əzəmətli Hacı Şeyx Möhsün xan cənab- larına, Allah onun səadətini daimi etsin.*Cəlal sahibi olan cənabınız mənim xalqıma mənsub olan birinci adamsınız ki, məni tanıdınız, məni hörmətəlayiq hesab etdiniz və ömrümün bu son dövründə kədərli qəlbimin təsəllisinə bais oldunuz. Xudavəndi-aləm sizi həmişə başıuca və adlı-sanlı etsin ki, qiymətli və sevimli olan bir vücudsunuz. Allah özü şahiddir ki, elə bir gün olmur ki, sizi xatırlamayım və mənim barəmdə etdiyiniz mehribanlıq və səmimiyyətə görə fərəhlənməyim. Sizin xoşniyyətli söhbətləriniz və tə’riflərinizin sayəsində mən Tehranda nazirlər və bütün zövq əhlinin yanında şöhrət qazanmışam. Oradan bu vilayətə gələn hər kəs mənimlə görüşmək istəyir. Mənim kimi müsibət görmüş bir insana bu e’tibarsız dünyada bundan yüksək mə’nəvi ləzzət ola bilməz. Nə qədər ki, sağam, sizin bu cür məhəbbət və mehribanlığınız üçün minnətdar olacağam.
Köhnə islam əlifbasını dəyişdirmək barədə kolonel Mirzə Fətəli Axundzadənin keçən il əlahəzrət İran şahənşahının maarif nazirliyinə göndərdiyi izahatın surətiNAZİRLİYİNƏ GÖNDƏRDİYİ İZAHATIN SURƏTİ*Köhnə islam əlifbasında qüsurlar mövcud olduğuna görə, mən həmin köhnə əlifba əsasında, nöqtələrin tamamilə atılması və saitlərin samit hərflərin yanında yazılmasını tə’min edən yeni bir əlifba ixtira edərək, hicri 1280-ci (1863-cü) ildə səadət evi İstanbula getdim və onu yüksək Osmanlı dövləti başçılarının nəzərinə təqdim edib, köhnə islam yazı üsulunun dəyişdirilməsinin faydalarını onlara ərz və izah etdim.
Mirzə Yusif xanaƏzəmətli ağam Mirzə Yusif xan, Allah səadətinizi artıq eləsin!Ramazan ayının 6-sı tarixli məktubunuz yetişdi və min cür sevinc və şadlığıma səbəb oldu.
Poems by other poets
Müşkül işə düşəndə çağırram səni,Yetiş fəryadıma ya İsa mənəm
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
Ana laylasıBalama çalsa layla bülbüllər,Balamı bəsləsə qızılgüllər,