Tiflis qubernatoru K.İ.Orlovskiyə ərizə
Alihəzrət, Tiflis qubernatoru, gizli müşavir və Kavaler Konstantin İvanoviç Orlovski həzrətlərinə
Qafqaz canişini baş idarəsi dəf- tərxanasının mütərcimi polkovnik Mirzə Fətəli Axundzadə tərəfindən
Ərizə
Mənim 20 yaşlı oğlum Rəşid bəy Axundzadə iki il bundan əvvəl Tiflis klassik gimnaziyasının tam elmi kursunu bitirib şəhadətnamə almışdır. İndi xaricə gedib Belçika krallığının Brüssel şəhərində mühəndis fakültəsinə daxil olmaq istəyir. Bunun üçün ona və onunla birlikdə bizim evdə böyümüş, onu müşayiət edən və oğlum Brüsseldə olduqca onun yanında qalacaq Nəcəf Qafar oğluna xarici pasport verilməsi haqqında sərəncam verməyinizi acizanə xahiş edirəm.
Polkovnik Mirzə Fətəli Axundzadə
Mənim oğlum 21 [?] yaşlı Rəşid bəyin ona üz vermiş xəstəliyə görə bir il müddətinə xarici tibbi yardıma ehtiyacı var.
8 aprel 1874-cü il, Tiflis
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-tiflis-qubernatoru-k-i-orlovskiye-erize
Use ← → keys to move, R for a random poem
More by this author
BİRİNCİ MƏCLİSƏvvəlinci məclis Qarabağ vilayətində min iki yüz altmış üçüncü ildə yazın əvvəlində, novruz bayramından bir gün keçmiş Təklə-Muğanlının qışlağında vaqe olur. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darayır, kiçik bacısı Gülçöhrə yanında oynayır.
İkinci məclisİKİNCİ MƏCLİSİkinci məclis haman gündə əvvəlinci damda vaqe olur. Dam kilim, gəbə ilə pakizə fərş olub, bir tərəfdə un çuvalları düzülüb. Bir tərəfdə yağ dəriləri, yun məfrəşləri qoyulubdur. Hatəmxan ağa oturub damın yuxarısında, fərş üstə. Arvadı Şəhrəbanu xanım ərinin sağ böyründə, çənəsin yaşmayıb, ağ örpək başında, həllaci samit əyləşibdir. Hatəmxan ağanın müqabilində qardaşı oğlu Şahbaz bəy oturub, xəncərinin dəstəsinə sövkənmiş, müntəzirdir görsün ki, əmisi nə danışacaq. Yun məfrəşlərin birisinin üstünə bir xalça salınıb, Şahbaz bəyin sol tərəfində qoyulub, üstündə müsyö Jordan firəngi libasında, qıçın qıçı üstə aşırıb, başı açıq, əlində barmaq uzunluğunda və yoğunluğunda bükülmüş və lülələnmiş tənbəki yarpaqlarını yandırıb çəkir. Hatəmxan ağanın böyük qızı Şərəfnisə xanım bunlardan əvvəl xəlvətcə gəlib, yük qabağında asılan kilim gərdəyin dalısına girib pusur ki, görsün nə danışacaqlar. Bu halda Hatəmxan ağa üzün müsyö Jordana tutub xitab edir.
Üçüncü məclisÜÇÜNCÜ MƏCLİSÜçüncü məclis yenə orada vaqe olur. Damın bir tərəfində Şəhrəbanu xanım oturubdur. Bir tərəfdə Şərəfnisə xanım yun darayır. Bu halda birdən qapı açılır, Şərəfnisə xanımın dayəsi Xanpəri içəri girir.
Dördüncü məclisDÖRDÜNCÜ MƏCLİSMəstəli şah. Səlam-əleyküm!
Poems by other poets
Könlüm açıldı zülfünü gördükdə şanəsiz,Biganə batdı matəmə, qaldı nişanəsiz.
DönübdüHicran gecələri qayğı çəkməkdən,Əlif qəddim əyri yaya dönübdü.
Şah qaçır a!Biriya, qoymagilən, bəndəri kəs, şah qaçır a!Daha düşməz əlinə durma, tələs, şah qaçır a!
OğulÖvlədə yükün tütüldi.Hayıf ki, belim büküldi.