Tehran əmirlərindən birinə
Kapitan Mirzə Fətəli Axundzadə tərəfindən darül-xilafeyi-Tehran əmirlərindən birinə yazılmış məktubun surəti
Bu ilin rəbüəssani ayında şərafətli sərkar Qafqaz canişininin icazəsi ilə dövləti-əliyyeyi-İranın Tiflisdəki baş konsulu müqərrəbül-xaqan Mirzə Hüseyn xan islam yazı qaydalarını dəyişdirmək barədə mənim yazmış olduğum bir kitabçanı İranın xarici işlər naziri cənablarına göndərmişdir ki, dövlət rəhbərləri və millət başçılarının nəzərinə çatdırsın.
İndiyə qədər Xarici İşlər Nazirliyindən adı hörmətlə çəkilən baş konsula bu xüsusda heç bir cavab yetişməmişdir. Buna görə də mən nigaran qalmışam. Odur ki, cəlal sahibi olan cənabınızdan sonsuz dərəcədə xahiş edirəm ki, mənim tərəfimdən vəkil olaraq işin nə yerdə olduğunu dövlət başçılarına izah edib, onları razı salasınız ki, həmin yeni əlifba məsələsini müzakirə üçün on-on iki nəfər mərifət və kamal sahibindən ibarət bir məsləhət şurası təyin etsinlər; bəlkə haman məsləhətçi heyətin qərarı ilə imtahan üçün bu əlifbadan min cild çap edib, yazılı surətdə göstərilmiş üsul və qayda üzrə uşaqları oxutmağa başlasınlar və bu məsələni qəzetlər vasitəsi ilə yazıb hər yerə bildirsinlər.
Bundan sonra əgər xalq canla-başla bu yeni yazı qaydasını qəbul etmək istərsə, o zaman onun bütünlüklə tətbiqinə başlasınlar. Əgər bu təklifi qəbul etməkdə dövlət başçıları ona görə ehtiyat edirlərsə ki, yeni əlifbanın bütün İran ərazisində tətbiq edilməsi nəticəsində köhnə kitab sahiblərinə bir və ya iki kürur zərər dəyə bilər və yəqin ki, bu adamlar şikayətçi ola bilərlər və haman işi asanlıqla qəbul etmək istəməzlər, o zaman belə bir qorxunu aradan qaldırmağın çarəsi yenə də yüksək İran dövlətinin öz əlindədir. Məsələn, bu xüsusda heç bir şübhə ola bilməz ki, yeni əlifba tətbiq olunduqdan sonra köhnə kitab sahibləri müəyyən dərəcədə zərərə düşəcəkdirlər. Lakin məsələnin bu cəhəti də aydındır ki, yeni əlifba qəbul edildikdən sonra mətbəə sahibləri köhnə kitabları yeni əlifba ilə çap edib satmaqdan kürurlarla qazanc əldə edəcəkdirlər. Çünki onların çap etdiyi hər bir kitab mətbəədən çıxan kimi satılacaqdır. Belə olduğu halda xüsusi bir qərarda mətbəə sahiblərinin öhdəsinə belə bir vəzifə qoymaq olar ki, iyirmi il müddətində satış üçün çapxanadan nə qədər kitab buraxılarsa, haman yeni kitabların qiymətinin yarısı müqabilində köhnə kitab sahiblərindən eyni kitabın əski əlifba ilə olan nüsxələrini qəbul etsinlər və haman saat köhnə əlifbada olan kitablara elə bir əlamət vursunlar ki, bəzi çapxana sahiblərinin hiyləsi üzündən o kitablar yenidən başqa bir mətbəəyə təqdim olunaraq satıla bilməsin. Beləliklə, köhnə kitab sahiblərinin zərərinin yarısı ödənilmiş olar və bu kömək isə onlar üçün kifayətdir.
Məlumunuz olsun ki, bu yeni əlifbanın bir cildini Osmanlı dövlətinin başçılarına və beş cildini də Avropanın beş əsas dövlətinə göndərmişəm. İslam xalqları üçün çoxlu faydası olan yeni əlifbanın tətbiqi barədə öz fikrimi sübut üçün şəxsən Qafqaz vilayətlərində çalışmaqdayam. Bu məktubumla bərabər, yeni əlifbanın müqəddiməsi, hərflərin şəkli və yeni əlifba ilə yazılmış bir qitə də sizə göndərilir. Mənim istədiyim ümumun xeyridir. Yoxsa, Allaha şükürlər olsun ki, mənim yaşayış vəsaitim və asayişim başqa yollarla da təmindir. Bu cür işlərdən qazanca ehtiyacım yoxdur. Arzum təkcə budur ki, müsəlman tayfaları da başqa xalqlar kimi ellikcə təhsil alıb savadlanmaq imkanına malik olub, məişət işlərindən xəbərdar olsunlar.
Allah eləməsin, əgər bu məqsədə çatmaq üçün gətirilən dəlillərdən heç birisi dövlət rəhbərləri və millət başçılarının təbiətinə təsir etməzsə, cəlal sahibi cənabınızdan xahişim budur ki, heç olmazsa, vəziyyəti yazıb mənə bildirəsiniz ki, nigarançılıqdan xilas olum.
Aramızda məhəbbət və mehribanlıq əlaqələri olan baş konsul müqərrəbül-xaqan Mirzə Hüseyn xana sizin cəlal sahibi olan cənabınızdan məktub gələrsə, o mənə çatdırar.
Şəvval ayının 20-də 1274-cü il (5.VI-
1858-ci il). Tiflisdə, şərafətli sərkar Qaf-
qaz canişini hüzurunda islam dillərinin
mütərcimi olan kapitan Mirzə Fətəli
Axundzadə tərəfindən yazıldı.
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-tehran-emirlerinden-birine
Use ← → keys to move, R for a random poem
More by this author
Zilqə’də ayında, sənə 1280-də Misirdən*Ey bəradəri-mehribanım Kəmalüddövlə!
“Kəmalüddövlə məktubları”nın mülhəqatı“Kəmalüddövlə” müəllifinin dostlarından birinin bu müəllifin sirdaşlarından birisinə 1280-ci ildə yazmış olduğu məktubun surətidir.*
Birinci məktubMənim hörmətli qardaşım! Allah iqbalını daimi etsin! Cənabınızın xahişinə görə “Kəmalüddövlə məktubları” nüsxəsini müəllifindən alaraq sizə bir neçə şərtlə göndərirəm.Birinci – bu nüsxəni gərək mə’rifəti, əminliyi və insaniyyətinə qətiyyətlə inandığınız şəxslərə göstərəsiniz.
İkinci məktubHörmətli qardaşım! İqbalınız daimi olsun!Yırtıcı xasiyyətli və vəhşi təbiətli ərəblər* Misir kitabxanasından başqa iranlıların da bütün kitablarını və yazılarını yandırdılar, iranlıların xoşsifət padişahlarının asarını dünyadan silib yox etdilər, onların ədalətli qanunlarını tamamilə Yer üzündən itirdilər. Bunların əvəzində əsirlik qaydalarını, yə’ni despotizm üsulunu və yəhudi dininə oxşayan dinlərini İran ölkəsində sabit və bərqərar etmişlər. Bununla belə biz korlar, axirətdə xudavəndi-aləm bu qaniçənlərin şəfaəti ilə bizə behişt verib sərin su içirdəcəkdir kimi səfeh bir arzu ilə babalarımızın, elm və fənnin bu düşmənlərini özümüz üçün övliya hesab edirik. Əgər axirətdə sərin su varsa, qoy bu qaniçənlər özləri içsin ki, həmişə onun həsrətində olmuşlar. Xudavəndi-aləm onları bu dünyada öz rəhmətinə layiq bilməmişdir. Onların yurdunu cəhənnəm kimi etmişdir. Onların xörəyini kərtənkələ və əqrəblərdən etmişdir, bir içim sərin suyu onlara rəva görməmişdir. Çoxunu “əl’ətəş” deyə-deyə dünyadan aparmışdır. İndi necə ola bilər ki, axirətdə onların şəfaəti ilə bizə sərin su içirdəcəkdir? Bizim bu nadanlığımız üçün heyflər olsun! Ola bilər ki, həmvətənlərimdən bə’ziləri mənim bu cür kəskin yazmağımı caiz görməyib, e’tiraz məqamına gəlib, dünyada məzhəbsiz, e’tiqadsız, imansız yaşamaq çətin olduğunu söyləsinlər. Onların cavabında rəhmətlik Xacənin bu beytini oxumaq istərəm:
Poems by other poets
دوای درد دلم را طبیب میداند
Sevincimi gəzirəmOnda atam sağ idi,Hamı “əmi” deyirdi,
Qəzəl: Ol qədər kar etdi cana atəşi-fürqət banaOl qədər kar etdi cana atəşi-fürqət bana,Nari-dozax güldürür ol atəşə nisbət bana
1915-ci il Ardahan-Axisxa-Kars kirğininaMərhəmət kanidur Tağiyev Həzrəti,Namiylə dutmişdur cihani zati.