Qarı və harun
Bağdadda bir qarı yaşardı küsgün,Taleyi ömrütək zavallı, düşgün.Harun sarayına yaxın yaşardı,Viranə qalan bir daxması vardı,Saray genişlənib düzülən zaman,Lazımdı sökülsün bu ev də, haman.Qarıya nə qədər əvəz verdilər,O dedi: «Daha çox qiymətə dəyər».Daha on min qızıl verdilər azı,Yenə də rədd edib, olmadı razı,Hər yandan dedilər: «Dəlisən, nəsən,Getmirsən bu uçuq boş viranədən».Dedi: «Mən dəliyəm, bəs Harun niyə,Belə çox pul verir bu viranəyə?».Ey Qüdsi, dövlət bir pərdədir, inan,Onunla örtülür cinayət, nöqsan!Bir məsəl dedilər, dövlətə bağlı,Harunun nöqsanı, qadının ağlı.
Kitabxana.az · https://kitabxana.az/en/works/bakixanov-qari-ve-harun
Use ← → keys to move, R for a random poem
More by this author
Dil eşq yolunda zar olubdur,Bir gül həvəsində xar olubdur.
Ey bəxt, nədir səndə bu əhval, bu halətEy bəxt, nədir səndə bu əhval, bu halət,Yoxdur sənə dünyada neçin azca fərağət?!
Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecəƏldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə,
Fəqrlə tapdım özümə mən əlacFəqrlə tapdım özümə mən əlac,Qalmadı dərmanə daha ehtiyac.
Poems by other poets
Beş gözəlin aşiqiyəm müttəsil,Könül istər, tapmaz, nara hey yanar.
Səndən, gözəlim, könlüm o gündən nigarandırSəndən, gözəlim, könlüm o gündən nigarandır,Bir kimsə də sormur, bu nə fəryadü fəğandır.
NəzmEylədilər məsləhət bir neçə ağa, rəis,Ta açalar mədrəsə, məsləhəti-amra.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən