Cəsurların dəliqanlılığına şərəfnəğməsi oxuyuruq.M.Qorki

Ehtiyat sözündən ehtiyatlıyam,Ehtiyat - hər yerdə ehtiyac olmur.Hər sözdən özünü qorayan ilhamAyaqda sürünür, başda tac olmur.Ehtiyat güdəndə yazdım könülsüz,Eləsi qəlblərə çətin yol tapır.Ürəklə, cürətlə dediyim hər sözHələ qorxaqla da asan dil tapır.Sənətin, ilhamın, eşqin gur səsi,Qorxaq ürəklərdən niyə gen düşür?Ehtiyat güdəndə, sözün gülləsiHəmişə hədəfdən didərgin düşür.Ehtiyat güdənlər, asta gedənlər,Heç sizi görmədim mənzil başında.Ey fikrin önünə daş gillədənlər,Əliboş qaldınız siz il başında.Yolu gedə-gedə addım sayanlar,Yolunuz yarıda niyə səhv olur?Ancaq cəsarətlə addımlayanlarYa hər şeyi alır, ya da məhv olur.Ehtiyat - birtəhər baş dolandırmaq,Cəsarət - ya həyat, ya ölüm ancaq!Ehtiyat vergüldür, nöqtə deyil, yox!Ehtiyat çalardır, rəng ola bilməz!Deyirəm dünyada bir qəhrəmanlıqKölə ehtiyatdan doğula bilməz.Qorxur cəsarətdən qorxu da şəksizOnun övladıdır igidlik, hünər.Axı, cəsarətsiz, axı, ürəksizQapını döyməmiş hələ bir zəfər.Cəsarət çətindir, ehtiyat asan,Qorxudur alçaldan, axı, hər kəsi.Cürətdən qorxmayaq qorxaq qorxudanQorxu - itaətin dayaq nöqtəsi!Dolandım - yüz ölçüb bir biçəndə mən,Yaşaya bilmədim bircə an, ancaq.Mən ziyan çəkmədim cəsarətimdən,Qorxudan qorxuram, qorxudan ancaq!

May, 1970

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets