Alıb keçmişini,əvəzində mənƏzablar bəxş etdim gələcəyinə.Hissim xəcil qalıb öz əməlimdənSözüm də qurtarıb... Nə deyim sənə?

Küləklər oynaşır ürəkdə, canda,Özümə düşməndir öz canım mənim.Gözlərim ağlamır mən ağlayandaVicdanım ağlayır, vicdanım mənim.Saz tutub içimdə qəm şikəstəsi,Kədər bəstəsiyəm, vicdan xəstəsi.

Əllərim yapışıb öz ətəyimdən.Mən heç nə ummuram gələcəyimdən.Dağı da dağlayır dağın öz dağıÜzümə durubdur öz dərdim-sərim.Bu günüm sabaha danlaq, göz dağı,Sabahım-dünənə təəssüflərim.Yüz-yüz peşmançılıq çəkəmməz, dayan,Bir zərər daşını, zərər yükünü.Qaytara bilməmiş geri, heç zamanAxı, min təəssüf, bir ötən günü.

Sözüm - bu günümün çığıran səsi,Kədər bimanyam, vicdan xəstəsi.Alıb ürəyini,əvəzində mənSənə əzab verdim ürək dolusu.Mən kiməm? Utanır dilim sözümdən.Mən - ürək oğrusu, ömür oğrusu!

Etiraf asandır! Mən hansı haqlaQovmaq istəyirəm könlümdən səni?Özüm öz eşqimi tapdalamaqlaƏlindən almışam gələcəyini...

Sənin sabahını kölgələndirənMəğrur keçmişinin ləkəsiyəm mən...Ney tutub içimdə qəm şikəstəsi,Vicdan xəstəsiyəm, vicdan xəstəsi.

Avqust, 1970

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets