Meşin qapılar
Gözləmə otağındaSaatlarla gözlərinLal qapıya dikilər.Mənim nə çəkdiyimiQapılar arxasındaMürgü döyənlər bilər.
Ürəyində böyüyür,Dodağında kiçilirSözün də, sualın da.Ax!.. bizim ömrümüzünGörən neçə parçasıƏriyib külə dönmüşQapıların dalında?
Qapılar arxasındaBiz nə qədər durmuşuq.Neçə gözəl arzunuSiqar tüstüləriləHavaya sovurmuşuq.
Ax, sərt üzlü qapılar,İki üzlü qapılarTalelər həll olunurQapının o üzündə.
Adamlar boynubükükƏyləşib mat-məəttəlQapının bu üzündə.Dindirsən gələr diləQapıların ağzınaSəpilən tozlar belə.Onlar toz deyil, ancaqQapılara toxunubAyaqların altınaTökülən arzulardır.Ürəklərdə doğulub,Bircə "yox" kəlməsiləYox olan arzulardır.
Ax!.. Bu bir kəlmə "yox"unArxasında nələr var,Neçə əyilmələr var.O "yox" deyir, bu, yoxdan,O özü də xoşlanır.Deyirəm ki,Yaltaqlıq da,qorxaqlıq daElə burdan başlanır.Siz ey meşin qapılar,Siz ey meşin qapılar,Sizin üzünüz soyuq;Sizdən ümidlə girib,Ümidsiz çıxan da çox.Sizi təpikləriləVurub açan tapılar,Siz ey bağlı qapılar,Qaşqabaqlı qapılar!
Sentyabr, 1966
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-mesin-qapilar
Use ← → keys to move, R for a random poem
More by this author
Latın dili!Hər sözündə dünya boyda yük daşıyır,
Hayd parkLondonda "Haydpark" deyilən bir bağda hər kəsistədiyini danışmaq, hətta hökuməti ittiham etmək
Kaman nalə çəkir...Uzaq Britaniyada kaman nəğməsi...Habil lal telləri dilə gətirmiş.
Şəbi-hicran"Füzuli... aləmi-insaniyyətdə*tamam qəmzədələrin və möhnətkeşlərin*