Siz ey bizdən sonra şeirə gələnlər,Bu çətin yollarda uğurlar sizə!Eşqiniz - gələcək.Yaşınız - səhər.Qəlbiniz işıqlı, fikriniz təzə!

Mərd olun!Meydanda durun mərd kimi,Uymayın ötəri şöhrətə, ada.Bizim şeirimizin dünəni kimiBöyükdür, şanlıdır istiqbalı da!

Ehtiram olsa da, hamı əzəldən,"Sələfin yolundan mən uzaq! - deyirDünən atasına "önə bax!" - deyənBu gün övladına "dala bax!" - deyir.

Biz öz atamıza deyərdik bir vaxt:"Unutma,hər günün öz hökmü var ha!.."İndi oğlumuza deyirik ancaq,"Gəl təzə nırx qoyma köhnə bazara!"

Zövqlər, duyğular dəyişir hər an,Gəldikcə, getdikcə nəsillər bir-bir.Əzəldən belədir, övladlarındanAtalar həmişə gileylənibdir:

"Ay həzarat, bir zəmanə gəlibdir,Ala qarğa şux tərlanı bəyənməz.Oğullar atanı, qızlar ananı,Gəlinlər də qaynananı bəyənməz..."

Atamız deyərdi bunu bir zaman,İndi biz deyirik övladımıza.Oğul o kəsdir ki, köhnə kitabdanBu köhnə yazını, bu fərqi poza!

Ata o kəsdir ki, dayanıb öndəÖvladın hissilə yaşaya bilsin,Övlad o kəsdir ki, çiyinlərindəAtanın dərdini daşıya bilsin.

Siz ey bizdən sonra şeirə gələnlər,Bu çətin yollarda uğurlar sizə.Eşqiniz - gələcək,Yaşınız səhər,Qəlbiniz işıqlı,hissiniz təzə!Qaçan tez köhnələr bu təzəlikdən,Ancaq bir mətləbi deməliyəm mən:Sazımda eybəcər səslər uyduranSaxta xallar vuran cavanlar da var.Özgənin hininə, "Qəsri-Süleyman",Özünün qəsrinə "hin" deyir onlar.

Mənim beləsinə bircə sözüm var:"Yad yerin halvası çox şirin olar".Qaçırsan, min illik ənənədən qaç!Hər kəsə bənzəmə, sən təzə yol aç!Dediyin hər sözü duy dərin-dərin.Həyatda gördüyün geriliklərinDemə ki, hamısı ənənədəndir!..Sən niyə arxanı köhnə sayırsanQaçıb öz atandan bəs bu nədəndir,Özgə ataları yamsılayırsan?

Gülmə öz kökünə, ayıbdır sənə!Ot kökü üstündə bitər, unutma,Köhnə damğasını vurub atana,Özgədən özünə sən ata tutma!

Yadın köhnəsi də dilin əzbəri,Ənənən çiyninə niyə yük oldu?Anlaya bilmirəm, nə vaxtdan bəriYadı yamsılamaq yenilik oldu?!

Bütün köhnələrə: - "bu nədir?" - deyəGülsək, nə qazanar bundan gələcək?Vətən də, millət də köhnədir deyəBəlkə təzəsini axtarmaq gərək?

Onda kim deyəcək, kim, bizə yaxşı?Hər köhnə pis deyil, hər təzə yaxşı!Levə nə deyirsən? O qoca loğman,Özgə bulağından qətrə içmədi.Fövqəlbəşər oldu, ancaq heç zaman,Mujik paltarını o dəyişmədi!

"Təzə yol!" - deyib də qışqırmayın siz,Sənət aləmində yol birmi, yüzmü?Əsl sənətkarı yolsuz, cığırsızheç gördünüzmü?Yaz ilham deyəni, ürək deyəni,Yol özü dolanıb tapacaq səni,

Qəlbini, beynini nahaq yorma sən!Amandır, özündən yol uydurma sən!Yenilik xətrinə yazmaqdan sakın!İlhamdır yaradan sənəti, şeiri.Yağmaq xatirinə yağan yağışınNə bağa xeyri var, nə dağa xeyri!

Qəlbinə, hissinə daim arxalan,Bir də... əlvan səsli illərimizə.Köhnə söz deməmiş ilham heç zamanHər qəlbin öz sözü təzədir bizə!

Nəsənsə, özün ol!Təzəsən onda,Sən köhnə olursan yamsılayanda!Nəsənsə, özün ol,Kökündən yapış!Dünənə arxalan,Bu gündən yapış!

Dekabr, 1966

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets