Azərbaycan oğluyam,Odu Allah sanmışam.Anam torpaq,Atam od,Mən oddan yaranmışam:

Od kimi istiqanlı,Seltək dəliqanlıyam.Həyat qədər qədiməm,Torpaq qədər şanlıyam.Od kimi yandıranam.Su kimi söndürənəmMəni yandırsalar da,Suda batırsalar da,Yenə mənəm, mən mənəm!

Köküm üstə bitmişəm,Şöhrətim var,Şanım var.Mənim gələcəklə dəÖz əhdi-peymanım var.

Azərbaycan oğluyam,At belində doğuldum;Zamanın qazanındaNeçə dəfə dağ oldum.

Mənim damarlarımdaGur sellər çağlamışdır.Anam cəngilər üstəMəni qundaqlamışdır.

Azərbaycan oğluyam,Min ildir,öz adımınKeşiyində durmuşam,Silahım olmayandaNifrətimi barıttəkQəlbimə doldurmuşam...

Hünər göstərməyincəAdsız yaşamışam mən.Dədəm Qorqud ad verdiMənə öz hünərimdən.

Yoluma nur çiləyən,Qoluma qüvvət verənEşqim,ustadım oldu;Adım doğdu hünərdənHünərim, adım oldu.

Azərbaycan oğluyam,Yaşım adımdan qədim.Heç kəsin toyuğunaÖmrümdə "kiş" demədim.

Kimsənin torpağındaGözüm yox; bilsin aləmTorpağımdan bir çərəkKimsəyə də vermərəm.Mən bir qədim mahnıyamXallarım əlvan-əlvan.Musiqim - Qarabağdır,Sözlərimsə - Naxçıvan.Bu torpaqda yaranmışKoroğlunun cəngisi,Qıratın üzəngisi!Özümə vurulmadım,Sevinc də görmüşəm mən,Sitəm də,Dərd də, Qəm də...Sabirin göz yaşıylaÖzümə gülmüşəm də.

Çənlibeldən düşəliCığırları dağıdıbGeniş yollar salmışamÇənlibeldən də ucaDağlara ucalmışam.

Ucalsam da günbəgün,Dünənki son zirvəməBu gün yenə "az" dedim.Tarixin kölgəsindəDaldalanan millətinSabahı olmaz dedim!..

Neyləyəkki... zamanınUğursuz yollarındaİkiyə bölünmüşəm.İki başlı, bir qəlbliBir bədənə dönmüşəm.

Həm Təbriz, həm BakıdırMəkkəm, Mədinəm mənim.Pasportsuz yaşar bu günİki Vətəni olan Azəroğlum,Qafarım, Əlim, Mədinəm mənim.

Balaş, biz ikimiz dəBir ananın oğluyuq,Biz ki, Azəroğluyuq.Hər ikimiz əzəldənBir arzunun quluyuq.Elimiz də bir bizim,Dilimiz də bir bizim.

Vətənimiz bir bizim,Dünənimiz bir bizim,Olmuşuq bir VətəndəBiz bu gün başqa-başqa.Bizim talelərimizBəs neçün başqa-başqa?Öz məsləkim, öz eşqimDaim məndən öndədir.Azərbaycan bayrağıBaşımın üstündədir!..

Əqidəmin, eşqimin,Qanımın rəngi bayraq,Bütün arzularımın,Qızıl çələngi bayraq.Hər şeydən bu dünyadaŞərəf uca Şan uca,Zamanın yollarındaMən ki, səni tutmuşam,Daim başımdan uca!

Noyabr, 1966

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland