Şair - Vətən
Arada-bərədə görürsən tez-tez,Deyirlər: "Nə çoxdur şairlərimiz,Bunun qarşısını alaq biz gərək,Bizə həkim gərək, mühəndis gərək..."
Mənsə deyirəm ki, şair bol olsun,Bütün doğulanlar şair doğulsun.Sənətkar sənətə amalla başlar,Şeirim - amalımdir - desəm, yeridir.Şeir yazmasa da, əqidədaşlarDünyanın ən böyük şairləridir.
"Şair çoxdur" deyə gileylənməyin,Əlhəzər eləyin tüfeylilərdən.Yaxşı söz önündə siz də baş əyin,Şair ki, yığmayır sözləri yerdən.
Şairi kimsəyə dəyişmərəm mən,Onlar hər cilvədə min sirr axtarır.İdrakın irişməz dərinliyindənOnlar söz axtarmır, fikir axtarır.Onlar gecə-gündüz dərd, ələm çəkir,Bu ağrı gəlməsin çox yüngül sizə.Bəlkə də ən zəif, ən kiçik şairBöyük vətəndaşdır Vətənimizə...
Şairin bədəni - bu ana torpaq,Nəfəsi - xəzridir, qanı - Kür, Araz.Çox şey Vətənsiz də yaşayır, ancaqŞeirsə Vətənsiz, elsiz yaşamaz...Şairə vəzifə, rütbə nə gərək!"Vətən", "Vətən" deyir könül səsi də.Vətəni sevməkdir, Vətəni sevmək,Şairin ən böyük vəzifəsi də.
Ancaq... bəla onda, dərd ondadır ki,Vəzifə xuman gözünü örtən,Vətəni pul kimi cibinə dürtənBir rüşvət düşgünü, rütbəli nadanDurub kül üfürür gözlərimizə.Vətəni sevməyin "qaydalarından"Utanmaz-utanmaz dərs deyir bizə.
Vətəni sevməkdə nə qayda, qanun?Vətən sevgisinin hüdudu varmı?Ey nadan, ölçülər özünün olsun,Məhəbbət ölçüyə, həddə sığarmı?
May, 1967
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-sair-veten
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Eyvanım Bakıya açılır mənim,Eyvanım bir görüş yerinə bənzər.
Dostum Mirzə Abdulla Şaiq cənablarınaŞaiqa, neyləsin axır, söylə, biçarə vətən?Tapmayır səhhət üçün dərdinə bir çarə vətən.
ز چشم من چو تو ناظر به حسن خویشتننیچرا نقاب ز رخسار خود نمیفکنی
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.