Şairlər
Şairə heykəllər qoyulan zaman,Deyirlər, ona bax, nə bəxtəvərmiş.Ancaq demirlər ki, mən yaşayırkən,O öz sinəsini masaya gərmiş.O keçib canından ömrə qıyandaSənin nəşələrin aşıb-daşırdı.O ki yaşamırdı, sən yaşayandaSənin yerinə də o alışırdı.Dəryanın dibindən çıxmamış hələTanımaq olmayır mərcanı, dürrü.Sən həsəd aparma o daş heykələÖmürdən sonradır onların ömrü.Şairlər, şairlər, bircə söz üstəSübhədək yaxdınız ürəyinizi.Sizi görmədilər heç vaxt diz üstə -Qəribə yaradıb təbiət sizi!
Hamıdan gec yatıb qalxdınız erkənAğardı dan yeri gözlərinizdə.Min əzab çəkdiniz siz yaşayırkənÖlüb yaşadınız sözlərinizdə.
Zamandan-zamana əqidəniziKeçirib yaşatdı nəğmələriniz;Adi bir uşaq da aldadar sizi –Xəyal dünyasında yaşadınız siz.
Bir kam almadınız siz ki, doyunca,Sizə xoşbəxt deyən tanımır sizi.Heç kəs çəkə bilməz ömrü boyuncaSizin bircə gündə çəkdiyinizi.
Dünyanın əlindən dad çəkən zamanXəyal kölgəsində daldalandınız.Şahların, çarların saraylarındanAlçaq daxmaları uca sandınız.
Ölümdən, sürgündən qorxmayıb əslaYanıb özünüzü oda atdınız.Ürək qarımızla, amalınızlaZindanlar küncündə söz yaratdınız.
Təqiblə gəldiniz daim döş-döşəYolunuz haqq yolu, həqiqət yolu.Bu da qəribədir, sizin həmişəCibiniz boş oldu, qəlbiniz dolu.
Sözünüz, qəsdiniz çıxdı sınaqdanÖtüb haqq nəğməsi, haqq oldunuz siz.Yaşamaq naminə keçməyib haqqdan,"Ənəl-həqq" söyləyib soyuldunuz siz.
Lağ edib güləndə haqqa yalanlar,Siz də zəmanəyə, dövrə güldünüz.Gah gizli-xəlvəti, gah açıq-aşkar,Gah da duellərdə öldürüldünüz.
Dünyanı gəzdiniz siz oymaq-oymaq,Fərəhin içində qəm gördünüz siz.Adi bir milçəyə qıymayıb, ancaqBəzən özünüzü öldürdünüz siz.
Sizindir dünyanın sinə dağlarıBu dağlar içində kama çatdınız.Siz hey yana-yana, qaranlıqlarıKönül atəşilə işıqlatdınız.
Zalim zülmündə də naşıdır, naşı,Axı, əzabdan da zövq aldınız siz.Zalimlər, cahillər hər addımbaşıSizi alçaltdıqca ucaldınız siz.
Sanmayın özümü sanıram yəqinBelə şairlərin cərgəsində...Yox! Axı, mənim kimi şairciklərinİlhamı az olur, iddiası çox!
Şair - fikirlərin çırpınan seli,Şair - həqiqətin müğənnisidir.Şair - təbiətin danışan dili,Şair - cəmiyyətin üsyan səsidir.
Şair - zəmanənin, əsrin vicdanı,Şair - tarixlərin şərəfi, şanı,Şair - bu dünyaya zamanın sözü,Şair - həqiqətin, haqqın güzgüsü!
Bütün millətləri siz anlarsınız –Sevən də sizsiniz qəlbən onları.Vətənə gəlincə, məcnunlarsınız –Vətən məcnunları, el məcnunları.
Məcnunluq gözəldir! "Bu nədir?" - deyəHər cahil anlamaz bu ülviyyəti,Yazıq o kəsə ki, yoxdur bir şeyəNə sonsuz nifrəti, nə məhəbbəti!
Yoxdur beləsinin amalı, yolu,Qəlbi ehtiyatdan çilik-çilikdir.Düşmənin nifrəti deyil qorxulu,Dostun soyuqluğu düşmənçilikdir.
Bəzən yıxıldınız ancaq çəlikdən,Kömək ummadınız ağır gündə də.Həmişə qaçdınız biganəlikdən,Ürəklə öldünüz siz öləndə də.
Noyabr, 1969
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-sairler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Qəzəl: Hər zəman kan qəd-o balaهر زمان کان قد و بالا ز نظر میگذردوه چها بر دل و بر دیدهٔ تر میگذرد
Yox, yox, az olmayıb çətin anlarım...Yox, yox, az olmayıb çətin anlarım...Dərdim də, qəmim də az olmayıbdır.
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,