Unutdurdun sən mənə
Xəyalınla, fikrinləHəmişə sərxoşam mən.Unutmuşam özümü,Dönüb sən olmuşam mən.Öz könlümün səsindən,Öz könlümə ün düşübDağlar başı qaralıbDərələrə gün düşüb,Niyə belədir, gülüm,Sən özün bilməlisən,Fikrimə düyün düşüb!
Həqiqət, - güman olubXəyalım - duman olubGah düzəndə sürünürGah təpədə görünür.İlişir kolluqlaraFikirlər – qırıq-qırıq,Arzular - para-para,Ümidlər pərən-pərən,Qəsəmlər - yalan olubAn var dönüb il olub,İl var dönüb an olub.Həsrətim, bu anları,günləri, danır mənim.Saatımın əqrəbiYalnız sənin başmaDönüb dolanır mənim.Sənə könül verəli,Mənim üçün bu köhnəvaxt ölçüsü pozuldu,Sənin məhəbbətininDərəcəsi, ölçüsüMənim vaxt ölçüm oldu.Bir şaxtalı qışdayam,Mənə əlvan baharıUnutduran sən oldun.Ancaq hər gün bahanMəndən soran sən oldun!Ümmanam, sahilimiUnutdurdun sən mənə.Qarlı dağam,selimiUnutdurdun sən mənə.
Gecəyəm,gündüzümüUnutdurdun sən mənəİnsanam, öz-özümüUnutdurdun sən mənəBu dünyada hər şeyiUnutdurub sən mənəÇəkdirmisən göz dağı,Əvəzində öyrətdinSəni unutmamağı!..
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-unutdurdun-sen-mene
Use ← → keys to move, R for a random poem