Yaman sıxır gecə məni...
İllər qədər uzun çəkdiBu intizar gecəm mənim.Ümidimin gözləriniŞübhələrlə sürmələdi bu qəm mənim.Bu gecənin bir ömrünə həsrətimdənNeçə-neçə ömür qatdım.Bir diləkdən min diləyə körpü atdım.Ax bu gecə sübhə qədərNələr, nələr -Ola bilər?Bir diləyim günəş kimiPəncərəmdə gülə bilər.İtkin düşən tək qardaşım gələ bilər.Qəfil bomba bir şəhəriYer üzündən silə bilər.O bombanın bir neçəsi atılarsa,Yer kürəsi başdan-başa ölə bilər.Hər şey, hər şey ola bilər,Mıxı mismar eləyən var.Geyinmişəm mən gecəni,Yaman sıxır gecə məni.Darıxıram... Hara qovumbu həsrəti, kədəri mən?İntizarın bir günündə qocalmışamİki göz də borc almışamGözləyirəm səhəri mən.
Mənim üçünSəhər yolda qala bilər.Bu andaca gələ bilər,Doğulmamış ölə bilər.Hər şey, hər şey ola bilər.Mıxı mismar eləyən var.Hardan gəlib hara getdim,Heç bilmədim bu nə yoldu.Bir gecənin intizarBir ömürdən uzun oldu.Bu intizar, bu həsrətmişBəlkə, mənim -Öz taleyim,Öz qədərim.
"Açıl" - dedim, açılmadı al səhərim.Ümid güldü pəncərədəGün yerinə,Dan yerinə.Ürəyimdən işıq düşdüÜmidimin gözlərinə.Dedim: - Vaxtın axarındaGecə, gündüz silsilədi.Bu gecələr Lap nə qədər Uzun olsaSəhərlərə hamilədi.Mıxı mismar eləyən var...
Oktyabr, 1979
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-yaman-sixir-gece-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Zindani-qəmdə oldu günüm qarət ağlaram,Sövdayi eşqində çəkib zillət ağlaram.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,