ای عارض چو ماه ترا چاکر آفتابیک بنده تو ماه سزد دیگر آفتاب

Ey Ay kimi gözəl üzünün çakəri günəş!Ay bir qulun, rəvamı ola digəri günəş?

پیش رخ چو ماه تو بنهاده از حیاهر نخوتی که داشته اندر سر آفتاب

Ay tək üzün önündə utanmış yəqin, odur –Atmış başındakı hamı nəxvətləri günəş.

تا بوی مشک زلف تو ناید همی زنددم در هزار روزن چون مجمر آفتاب

Müşk ətri zülfünün fələyə qalxmasın deyə, –Min yerdə şöləsiylə yaxar telləri günəş.

کسوت کبود دارد و رخ زرد سال و ماهدر عشق رویت ای بت سیمین بر آفتاب

Eşqində paltarı qara, rüxsarı sapsarı,Ey simbər, sayıb ötürər illəri günəş.

در آرزوی روی تو هر صبحدم چو منرخساره زرد خیزد از بستر آفتاب

Rüxsarın həsrətiylə mənim tək səhər-səhər –Hər gün saralmış üzlə atar bəstəri günəş.

بی روی و موی تو نبرد هیچ کس گمانبر آفتاب عنبر و در عنبر آفتاب

Kim görməyib üzünlə saçın, dərk eyləməz –Ənbər necə qucar günəşi, ənbəri günəş.

از آفتاب عبهر تو هست تازه ترگر فر و تازگی برد از عبهر آفتاب

Süsənbərin üzü günəşindən cila tapar,Hərçənd ki soldurar gülü, süsənbəri günəş.

روی چو آفتاب به چشم چو نرگستاز تازگی دهد که به نیلوفر آفتاب؟

Nərgiz gözün üzün günəşindən ki süslənər, –Süsləndirər necə güli-niluferi günəş.

بسیار کرده دفتر خوبی مطالعهجز روی تو نیافته سر دفتر آفتاب

Çox hüsn dəftərini edibdir mütailə,Yalnız üzündə tapmış o sərdəftəri günəş.

عمری است تا ز مشرق و مغرب همی رودبا کام خشک و چشم تر ای دلبر آفتاب

Bir ömr şərqdən gedər hey qərbə, axtarar –Yaş göz, quru ağızla, belə dilbəri günəş.

از روی خود ندید در اطراف شرق و غربجز رای شاه عادل روشنتر آفتاب

Şərq ilə qərbi gəzdi, üzündən daha işıq,Adil şahımda tapdı bu rəyi, fəri günəş.

شاهنشه ملوک قزل ارسلان که بختاز روی و رای اوست شده انور آفتاب

Şahlar şahı olan o Qızıl Arslandakı –Hüsnü iradədən alıb o zivəri günəş.

خطبه به نام رفعت قدرش همی کننددر اوج برج جوزا از منبر آفتاب

Qüdrətli şahın naminə xütbə üçün seçib –Cövzanın üstündəki o uca minbəri günəş.

از بیم خوار داشت که بر وی رسید ازوترکان همی کند رخ زر اصفر آفتاب

Qorxmuş o sədmədən ki, yetişdi vücuduna,Altun kimi sarıüz edər kürkləri günəş.

سکه به نام بخشش جودش همی زنددر قعر جوف و خارا دره بر آفتاب؟

Sikkə vurar səxavətinin namına onun,Daş sinəsində ləli, suda gövhəri günəş.

ای کان لطف و عنصر مردی نپرورددر صد هزار کان چو یکی گوهر آفتاب

Ey lütf kanı, ey kişilik rəmzi, görməmiş –Min mədən içrə sən kimi bir cövhəri günəş.

خاک در تو قبله آمال شد از آنخلقی نهاده روی چو خرما در آفتاب

Amal qibləsi qapını xalq bilir, odur –Astanana sərər o qızıl telləri günəş.

خلق تو بهره داد به مرد و زن آنچنانکز روشنی به مشگ . . . آفتاب

Xülqün o bəhrəni ki, qılıb xəlq üçün əta –Qərq etməmiş o cür işığa elləri günəş.

گر چرخ چنبری بکشد سر ز حکم توخردش چوذره ذره کند . . . آفتاب

Hökmündən istəsə qaçıra çərx əgər boyun, –Bil, zərrə-zərrə doğrayar o peykəri günəş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets