گر به عالم درد فرقت را همی درمان بدی
گر به عالم درد فرقت را همی درمان بدیآنچه دشوارست بر ما از فراق آسان بدی
Ayrılıq dərdinə kaş aləmdə bir dərman olaydı,Qatlanılmaz dərdi hicranın bizə asan olaydı.
بیشتر دلها تواند خورد اندوه فراقراحتی بودی اگر دلها همه یکسان بدی
Çox könüllər var, dözər dərdə, yeyər hicran qəmi,Kaş qəmlər də, könüllər də hamı yeksan olaydı.
ور نبودی تلخی فرقت پس از روز وصالآدمی اندر وصال دوستان سلطان بدی
Olmaya kaş vəsldən sonra acı hicran qəmi,Dostların vəslində insanlar gərək soltan olaydı.
در جهان کس نیست کو داغی ندارد از فراقکاج فرقت را هزاران داغ دل بر جان بدی
Dünyada bir kəs tapılmaz görməsin firqət dağı,Firqətin öz bağrı, ey kaş, dağ ilə büryan olaydı.
گر بدیدی زانچه من دیدم ز فرقت صد یکیکوه خارا از تحمل عاجز و حیران بدی
Mən çəkən dərdin qəmin məcmusunun yüzdən biriYüklənə bir dağa kim, dağıma dağ heyran olaydı.
کاج از درد عزیان شربتی خوردی فلکتا زمین را از فغانش هر زمان افغان بدی
Kaş fələk dostlar qəmindən bir içim nuş eyləyə,Naləsindən yer üzündə daima əfğan olaydı.
گر مرا از رفتگان غم نیستی بر جان و دلپای من از خرمی بر تارک کیوان بدی
Canımı yandırmayaydı kaş getmişlər qəmi,Şadlığımdan kəhnəşan mülkü mənə meydan olaydı.
بر دل من غصه ها از فرقت ایشان نشستغصه کی بودی مرا گر نه غم ایشان بدی؟
Onların ayrılmasından qüssə çökdü bağrıma,Dərdim olmazdı, əgər onlarla bu dövran olaydı.
ور نه زین میدان خاکی گوی بردندی برونگوی من با خرمی پیوست در میدان بدی
Vurdu onlar toplarını tez bu meydandan kənar,Kaş mən meydanda top, onlar hamı çövqan olaydı.
چنبر گردون ز هم بگسستمی از رنج دلگر مرا یک روز بر گردون دون قزمان یدی
Dərd əlindən parçalardım çəmbərini göylərin,Kaş əlimdə bircə günlük göylərə fərman olaydı.
نیست از روی خرد این درد را درمان پدیدآه خوش بودی اگر این درد را درمان بدی
Əql üzündən yoxsa da bu dərdə dərman, kaş, kaş!Bir elə xoş gün gələ, bu dərdə də dərman olaydı!
زخم پشتا پشت بر دل باز خورد از غم مرانیک بشکستی ازین غم گر همه سندان بدی
Bağrıma qəmlər əlindən dalbadal dəydi yara,Tab gətirməzdi, sınardım, qəlb əgər zindan olaydı.
فضل ایزد داشت ما را اندرین انده صبورصعب بودی گر نه فضل و رحمت یزدان بدی
Tanrının fəzli bizə sonsuz dözüm etmiş əta,Yoxsa dözməzdi bu dərdə, səbr əgər ümman olaydı.
Kitabxana.az · https://kitabxana.az/en/works/beylaqani-sikayetname-38
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
İllərilən həsrətini çəkdiyim,Döndü əlif qəddim yaya, sevdiyim.
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
دمی وصال تو از هر چه در جهان خوشترشبی خیال تو از ملک جاودان خوشتر
Ey bəxt, nədir səndə bu əhval, bu halətEy bəxt, nədir səndə bu əhval, bu halət,Yoxdur sənə dünyada neçin azca fərağət?!