Bayram saxlayanlara
Yenə əhatə edib zehnimi xəyalətlər,Gözüm önündə gəzir başqa dürlü halətlər.Təcəssüm etmədə qarşımda qəmli bir aləm,Nə aləm, ah! Qülubə alov saçan matəm.Yaxında bir ada, yox, bir məkani-qəm varmış;Baxın, baxın, onu hiddətli dalğalar bürümüş!Baxın bəsirət ilə ol məqami-hüznə tərəf,Nə qədər bikəs olub orda min əzabə hədəf.Hürr anın dəmi... həp yaralı zəlil kəslər,Əman kömək, ölürəm, əlan-deyor səslər.Bədən zəif, yemək yox, qərib vilayətdəKimin yanında bular olmalı şikayətdə?Ufaq çocuqlara nəm torpaq iştə bəstərdir,Olardır, ac, parasız, üç əsiri-madərdir,Vücudu sarsıtıyor bu yetimlər dadi,Ürəkləri dəliyor, ah, millət əfradi!Gözəl, sevimli çocuqlar cəzirələrdə zəlilDeyil bu, millətimiz qeydsizliyinə dəlil?Ey ifixar ilə mömin deyən özünə müdam,Səvabə doğru qoşun, iştə yaxşı bir əyyam!Verək, verək nə qədər varsa bu fəqirlərə,Şəriət əmr eləyib daima əsirlərəKömək verək ki, olar sədqəyə səzadırlar,Kömək verək ki, qərib, həm də binəvadırlar!O şəxslər ki, gəzir cənnəti iştiyağında,Acarları niyə bəs görməyir qabağında?!Gedin, görün o zaman yandırar sizi atəş:Nə qədər olsa hərarət, nə qədər yaxsa günəş,Bir istəkan suya bir kəs kifayət etməlidir,Bir az quru çörəyə həm qənaət etməlidir,Bular deyilmi bəşər, ya deyilmi bir islam?!Ürəyimiz, ah, nasıl parçalanmayır da tamam?O vəhşi dalğaların ortasında dindaşımız,Zəlalət içrə ölür ac, zəlil qardaşımız!...Biz isə eyd eyləyib, işrətə qiyam edərik,Bütün-bütün gecəni eyşlə tamam edərik.Göz aç, sən ey özünə söyləyən müsəlmanəm!Göz aç, sən ey bağıran mən də əhli-Quranəm!Göz aç, sən ey danışan həşrdən-qiyamətdən!Göz aç, sən ey əbədi dəm vuran səxavətdən!Çıxıb da sahilə, bir ol məqami-zillətə bax!Behişti, duzəxi gör, həşrə bax, qiyamətə bax!Gör orda ac-yalavac can verən zəlilanı,Gör orda içməyə su tapmayan yetimanı!Yəqin bil: alışar, od tutar, yanar canın,O dəm kömək yetirərsən var isə vicdanın.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-bayram-saxlayanlara
Use ← → keys to move, R for a random poem
More by this author
Ala gözlü ceyranları andırıyor düzləri,Toplamışdır gözəlliyi ən sevimli qızları –
Aslan və FərhadBöyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm.Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. Zira, istər tarixə, istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən iqdam edirəm, bu rəvamıdır?.. Nəinki insanlar arasında, hətta xilqət və təbiətdə daha böyük qanunsuzluq müşahidə olunur. Görürsən, bir nəfər nifrətə şayan olan zalımı ucaldıb bütün arzuların fövqünə yetirdi,
Mənsur və SitarəBaharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazünəzakətlə yeriyirdi.
Əhməd və QumruIƏhməd qalın qaşlarını çatmış, odlu gözlərini süzüb gənclərə yakışırbir zövq, mütəxənninlərə yakışır bir ciddiyyətlə bakıyordu. Ötədən bəriyə Şamaxı gözəllər bulağı olduğunu bilirdisə də, böylə gözəl, böylə sevimli bir qıza uğradığı yox idi. Bu qaragözlü, bu cazibəli, çevik tərpənişli qızcigəz, ən gözəl bir baharın təcəssüm edəcək ən odlu çırpınan ruhların, zehnlərin yaratdığı xəyallar qədər xəfif olduğu kimi, geydiyi al-yaşıl, göy və sarı paltarında təbiətin gəlinləri sanılan kələbəklər qədər bəzəkli idi. Kürəklərində qara saçları ləpələniyor, boynu isə sevdiginin boynunu ilk kərə qucan ən qızğın bir sevincin titrəyən qolları gibi iri al mərcanlardan bir boyunbağını qucmuş idi. Qolunda sadəcə bir bilərzik var idi. Əllərində olan dəf, kamança və bu gibi çalğı şeylərindən qızların dağlardan, çəmənlərdən, seyrlərdən qayıtdıqlarını anlamaq... bir şey deyil idi. Qumru bayaqdan bəri ruhunu okşayan zövqləri həvəslər və sevinclərlə dolu ürəgindən ayırmamış və hələ də onların təsiri altında onun da bəzən sərxoşlar gibi laübaliyanə ətrafə səndələyərək yolun hər iki yanında bitmiş kök otları cinayətdə müqəssirmişlər gibi tapdar, bəzən vəhşi marallar gibi çevik və ürkək bir görkəm alıb ötədən bəriyi süzər, bəzən də nadinc çocuqlar gibi yanında düşüncələrə dalmış bir qızı çimdikləyərək diksindirər və yaxud al dodaqlarında təbəssümlər oynadaraq bir lətifə söylər və gözəllər qurultayını gülüşdürərdi. Əhməd okumamış, fəqət bir qədər nazik yürəgə yiyə olduğu üçün təbiəti pək sevər və bəlkə də, avçılıqdan daha əvvəl onu seyr etməgə bu çəmənlərə çıxmış idi. Fəqət Qumruyu görüncə, nə ötələrdə yazın sərin yelləriylə təpələnib parlayan zəmiləri, nə onların arasından qalxıb, hər yer gözəl, hər çiçək lətif olduğu üçün nerəyə qonacəgin bir dürlü kəsdirməgən və xəfif cikciklərlə şaşqıncasına ötəyə-bəriyə qonub-qalxan min-min quşların sevincini görüyor, yalnız nə olduğu belə anlaşılmayan bir qüvvənin təhrikiylə şəhərə yaklaşan qızları uzaqdan-uzağa biixtiyar izləyordu.
Poems by other poets
II deyişmə**Ş i r v a n l ı D o s t u
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
Eşitcək bu sözü təbim həzan dilkəbab olduEşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
Tikanlı sözlərMən yazmamış bilirəmvə sevinib gülürəm