Page 2 of 2 · 50%

Nəhayət, natiq gurultulu alqışlar altında sözünü bitirdi. Çənəsindən damcı-damcı tər tökülürdü, alqışlayanların bir çoxu natiqin təklifləri ilə razı deyildi. Fəqət hər kəs ondakı cəsarəti, qüvvəti və qətiyyəti istər-istəməz alqışlayırdı. Xüsusilə ixtiyar müəllim salonu dağıdırdı. “Bərəkallah, əhsən, afərin! Mənim mütəəllimimdir, çox kamildir, çox, çox”, – deyə sağa-sola mədh edirdi. “Çocuq” sözlərini bitirdikdən sonra nəfəsini dərmək üçün çıxdı. Gördüklərinin üzünə baxır, çöhrələrindən, danışıqlarından nə kimi bir münasibətdə olduqlarını, təqdir etdiklərini, ya bəyənmədiklərini anlamaq istəyirdi. Fəqət hər kəs bir maraqla çocuğa baxır, kimsə bir söz demirdi. Çocuq gözlər ilə tanış bir adam tapmaq, nə danışdığını soruşmaq, daha doğrusu, bir təqdir etmək istəyirdi. Olduqca yorğun və əzgin olduğunu ancaq indi hiss edirdi. Bu aralıq bir nəfər böyük bir gurultu ilə adamları yarıb gənc müəllimin boynuna sarıldı. “Bərəkallah, əhsən, afərin, yaxşı danışdın, əməklərimi hədərə vermədin, başımı ucaltdın”, – deyə arası kəsilmədən saymağa başladı. Bu, bayaqkı Ixtiyar müəllim idi. Başının ağ tükləri arasından süzülən tər damcıları biixtiyar gözündən axan yaşlara qatışmış, tühaf görkəm vücudə gətirmişdi.

Gənc müəllim sevincindən gözləri yaşarmış, boğulur kimi, bir söz demək istəyir, fəqət danışmırdı, eyni zamanda zavallı, bir nəfəri arayırmış kimi, ətrafını süzür, bir çox kişilər, qızlar, qadınlar görür, ancaq aradığını görmürdü.

Müzakirələr davam edirdi...

Gənc natiq məruzəçi deyildi, o ancaq müzakirə təriqilə danışmışdı. Fəqət məsələ ətrafında artıq bitməkdə olan müzakirə yenidən qızışdı. Əvvəlləri gənc natiq sözlərinə etina edilməyəcəyini, hətta adı belə çəkilməyəcəyini gözləyirkən, iş tam tərsinə çıxdı. Gənc natiqin adı və dedikləri bir müsahidə məhvəri kəsildi. Sonuncu natiqlər onun nitqinə toxunur, bir çoxları, hətta maarif komissarlığı nümayəndəsi də nitqini tənqid edirdilər. Fəqət bu danışıqların hamısında bir cəhət var idi.

Gənc natiqə müxalif olanlar belə onu böyük bir qüvvət kimi tələqqi edir, sözlərində ona qarşı müəyyən bir hörmət ifadə edirdilər. Yalnız bürünc düyməli müəllimin sözləri bir qədər sərt idi. “Bunlar hamısı çocuqluğun, təcrübəsizliyin nəticələridir, bizdə ən böyük nöqsan – hər kəsin bildiyindən artıq danışmasıdır... ”, deyə bu kimi sözlərlə gənc natiqi tənqid edirdi. O, dünənki bu çocuqluqla bu qədər hesablaşmanın lazım olduğunu qəbul eləmirdi. Halbuki məktəbdə həmin çocuğu ikinci sözdə susdurmaq olurdu.

Gənc natiq bunlara əhəmiyyət vermirdi, artıq müəllimə hörmət və itaət vaxtı deyildi. Burada bir fikir mübarizəsi gedirdi.

Gənc müəllim bütün köhnələri alt-üst edən tam yeni bir dərs üsulu təklif edir və öz təklifini bütün etirazlara qarşı böyük bir qətiyyət və cəsarətlə müdafiə edirdi. Hətta müəlliminin sərtliyinə sərtliklə cavab verməyib, olduqca soyuqqanlı davranaraq, bəzən müəlliminin də dolaşıq təbirlərini müntəzəm və məntiqi bir şəklə salır və ətraflı bir surətdə təhlil ilə olduqca məntiqi cavablar verirdi.

Müzakirə bitdi. Məsələ səsə qoyuldu. Gənc natiq bir guşədə oturub, veriləcək səslərin nəticəsini gözləyirdi. “Keçəcəkmi, keçməyəcəkmi?..”

Bu iki söz bulanıq bir yuxu kimi zehnindən keçir, bəzən ikincini təsəvvür edincə, ürəyi döyünürdü.

– Kim istəyir?

– Kim əleyhinədir?

– Kim bitərəf qalır?

Gənc natiqin ürəyi döyünürdü, titrək dodaqlarından qan içdi. Gənc natiqin təklifləri keçmirdi.

Bir dəqiqə qədər bütün varlığını bir süstlük sardı. Eyni zamanda zehnində bulanıq bir ümid parlayırdı: “Görünür ki, ətraflı düşünməmişəm. Əlbəttə, səhvlərimi taparam”. Fəqət dediyi və çox gözəl anlatdığı bir çox açıq fikir və həqiqətlərin necə oldu da qəbul edilmədiyini anlamırdı. Gözlərini bir utancaqlıqla yerə dikərək, bir məğlubiyyət duyğusuilə salondan çıxdı. Ilk gözünə sataşan adam ağ ipək köynəkli qadın idi.

Sürəkli, əzici və mənalı baxışlarını gənc natiqin gözlərinə dik qaldırmış, çöhrəsindəki qızartını süzürdü. Sanki onun həyəcanlarını öz baxışları ilə oxşayıb susdurmaq istəyirdi. Eyni zamanda açıq qapıdan sədrin səsi eşidilirdi.

– Təklif bütünlüklə rədd edilsə də, hər halda bir çox dəyərli və yararlı həqiqətləri etinasız buraxmamaq və təhlil edib müntəzəm bir hala salmaq üçün XMK-nın proqram komisyonuna verilsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Sidqi Ruhulla

(20 illik yubileyi)Türk bədii teatrı özünün ən yaxşı artistlərindən biri – Sidqi Ruhullanın 20 illik yubileyinə ciddi hazırlaşır.

2 min
Teatroların repertuar məsələsi

Dövlət Türk Akademik və Türk İşçi teatrolarının müttəhid bədiisiyasi şurası gələcək mövsüm, yəni 1929-30-cu il mövsümü üçün repertuar hazırlamaq işi ilə məşğuldur. Bu məsələ türk teatrolarının ən böyük məsələlərindəndir.Şübhə yoxdur ki, repertuar məsələsində ən birinci yeri original pyeslər tutur. Orijinal pyeslər teatroların canıdır. Türk teatroları original pyeslərsiz yaşaya bilməz. Teatroda ildə heç olmazsa bir original pyes oynanması onu tam mənasilə dirildir, teatroya tamaşaçılar cəlb edir və maddi cəhətcə dəxi çox əlverişli olur. Bu orijinal pyeslər, tərcümə edilən dəyərli pyeslərdən məzmunca bir qədər zəif olsa belə, səhnə cəhətcə daha müvəffəqiyyətli olur və tamaşaçıların əhvali-ruhiyyəsinə daha uyğun gəlir. Misal üçün Türk İşçisi teatrosu repertuarını alacaq olursaq, qəti olaraq göstərə bilərik ki, “Qızıl Trenlər” kimi müasir və dəyərli bir pyes, Azərbaycan həyatına uyuşdurulmuş “Zəlzələ” və yaxud “Çinar altında məhəbbət” qədər müvəffəq olmayır. Həmçinin Şillerin “Qaçaqlar” kimi klassik bir əsəri tamaşaçıya heç bir vaxt “Aydın” qədər təsir bağışlamayır.

3 min
Türk teatrı olimpiadada

Türk Bədaye Teatrının ümumittifaq teatr olimpiadasında iştirak etməkdən məqsədi on il içərisində teatr sahəsində əldə edilən müvəffəqiyyətləri və təcrübələri olduqca geniş bir surətdə göstərmək, başqa teatrların fəaliyyətinə diqqət yetirmək, onların gördüyü işlərlə ətraflı surətdə tanış olaraq mənimsəmək, nöqsanları meydana çıxarmaq, aradan qaldırmaq, müvəffəqiyyətlərdən isə istifadə ilə gələcək yol təyin etməkdən ibarət idi. Olimpiadanın böyük siyasi əhəmiyyəti haqqında danışmaq belə artıqdır. Teatrın ilk çıxışı Leninqradda oldu. Şərq xalqları evində, “Kraskaya qazeta” müxbirləri klubunda, İncəsənət işçiləri evində, alman işçi teatrı və Leninqrad teatrları ilə düzələn rabitə gecələri, teatrın Putilov zavoduna getməsi və sairə böyük siyasi bir nümayiş halını aldı. Ən böyük qardaşlıq həmrəyliyi nümayişi türk-tatar teatrının, tatar, özbək, türk teatrlarının Qızıl Tatarıstan mərkəzində görüşməsi oldu.Türk Bədaye Teatrının istər Leninqrad, istərsə də Kazandakı böyük müvəffəqiyyətləri, istər Leninqrad, istərsə də Kazan mətbuatı və xüsusən teatr mətbuatı tərəfindən çox aydın göstərildi.

4 min
Türk Bədaye Teatrı yeni yol ilə

Türk Bədaye Teatrı, öz mövsümünü oktyabrın 16-da “Bomba” pyesi ilə açır. Teatrın bu mövsümü, işdə kafi bir dəyişiklik yaradılması şüarı altında başlayır.Yayda teatr Şuralar İttifaqında qastrollar vermiş və 1-ci olimpiadada iştirak etmişdir. Odur ki, teatrın yeni mövsümə hazırlaşması üçün vaxt az olmuşdur. Olimpiadanın nəticəsində teatr yeni qüvvə almış və göstərilən nöqsanları aradan qaldırmağa başlamaq istəyir. Bu arzu teatra qısa bir zamanda böyük işlər görməyə imkan vermişdir.

3 min

Poems by other poets